Page 113 - Patriarxın payızı
P. 113
PATRİARXIN PAYIZI
saran miskin xәcalәt hissindәn qurtulsun, özünü alçal -
dılmış vә tәhqir olunmuş saymasın, içini yandırıb-yaxan
istehza neştәrini canından çıxarıb atsın… Tamarindlәrin
kölgәsi altında qamakda uzanıb Manuela barәdә
pıçıldayan yarpaqların xәfif xışıltısını dinlәyә-dinlәyә,
yuxusuna haram qatan nifrәt dolu kini baş qaldırır, silahlı
qüvvәlәr qızı quruda vә dәnizdә, şora çıxarılan ucsuz-
bucaqsız, ölü sәhralarda axtarmaqdaykәn hey düşünür,
aradabir öz-özünә hikkәylә deyinirdi: “Lәnәt şeytana,
hara yoxa çıxmısan, haralara qaçıb gizlәnmisәn ki, ünüm
sәnә yetmir, sәsim sәnә çatmır, sәni heç cür әlә keçirә
bilmirәm… Tapsaydım, bilәrdin hakimiyyәt nә demә -
kdi!” O, belәcә, hikkә vә nifrәtdәn savayı ayrı heç nә
duy mur, sinәsinә qoyduğu şlyapası şiddәtli ürәk döyün -
tülәrindәn narın-narın titrәyir, anasının – ondan nә baş
verdiyini öyrәnmәyә çalışan Bendisyon Alvaradonun
sualını sanki eşitmirdi… “Gün tutulmasından sonra niyә
belә qanıqara gәzirsәn, bir kәslә bir kәlmә dә kәsmirsәn?
Niyә içini yeyirsәn?” O, dinmәzcә ayağa qalxır, ürәyindә
anasını söyә-söyә, fil ayaqlarını arxasınca sürüyә-sürüyә
çıxıb-gedir, gedә-gedә, acı heyrәtlә, bir Allah bilir,
kimdәnsә hey әsәbi-әsәbi soruşurdu: “Yәni, doğrudan,
bu mәnәm? Doğrudan, başım bu qәdәr xarab olub ki,
neylәmәyin, necә yaşamağın tәhәrini bilmirәm?.. Yәni,
doğrudan, mәn daha öz taleyimin ağası deyilәm? Bәlkә,
hamısı ona görәdi ki, o qızın evinә bir zamanlar Fran-
sisko Lineronun Santos-İqeronesdәki sәrin vә rahat evinә
girdiyim kimi yox, qızın anasının icazәsiylә girirdim?”
Fransisko Lineroyla bağlı әhvalat hәlә Patrisio
Araqonesdәn әvvәl – o, mübarәk çöhrәsini xalqa şәxsәn
özü göstәrmәyә mәcbur olduğu vaxtlarda baş vermişdi...
“O, qapını döymәdәn içәri girdi… çünki könlü belә
istәyirdi; saat on biri vuranda, saat zәnginin sәdaları
altında içәri daxil oldu, mәn pationun üstündәki eyvan - 113
daydım, qızıl mahmızının saat zәngiylә hәmahәng cingil -
tisini, pationun kәrpic döşәmәsindә fil kimi tappıldatdığı