Page 116 - Patriarxın payızı
P. 116

görә dә zavallı Ponsionun cәsәdini bütöv halda dәfn
               etmәk mümkün olmadı – bax o belә adamdı”. Keçmiş
               günlәrindәn qalan bu sayaq xatirәlәr beynindә dolaşıb
               onun qanını bir az da qaraldır, ağrılı düşüncәlәr ürәyini
               sıxır, onu hövsәlәdәn çıxarırdı; düşünürdü ki, demә,
               hakimiyyәtinin qatı bildiyi cövhәrindә xeyli miqdarda su
           QABRİEL QARSİA MARKES  miskin bir cadu-ovsunun qarşısında bu cür aciz qalmazdı.
               qarışığı varmış, yoxsa  Günәş tutulması kimi adicә,


               O, domino oyunu masası arxasında әziz dostu, soyuq -
               qanlı vә tәmkinli general Rodriqo de Aqilarla üzbәüz otu-
               randa da ürәyindәn qara qanlar axırdı… bu general
               hәrbçilәrin içindә әn çox inandığı, güvәndiyi yeganә
               adam idi; qaraqabaq, ayaqyalın mühafizәçi-mәlәyi po-
               daqra xәstәliyinә tutulandan bәri o öz hәyatını yalnız bu
               generala etibar edirdi; Rodriqo de Aqilara baxıb fikir -
               lәşirdi ki, bәlkә dә, bütün bu bәdbәxtliklәr bu әziz dos-
               tuna hәddәn çox inandığına vә ona böyük sәlahiyyәtlәr
               verdiyinә görә baş verir. “Mәnim bu әziz, sevimli dostum
               mәgәr buna görә әllәşib-vuruşurdu ki, mәni әl quzusuna
               çevirib kaudilyo nişanәlәrindәn mәhrum elәsin, bütün
               orden-medallarımı döşümdәn ülgüclә sivirib-atsın?! İşlәri
               dә qәsdәn elә qururdu ki, hamı mәni әlil hesab etsin, elә
               bir çarәsiz әlil ki, әmrlәrini qulaqardına da vurmaq olsun;
               bu “әkiz tayı” mәsәlәsini dә beynimә elә yeritdi ki…
               başqa bir adamın kölgәsindә gizlәnmәk mәcburiyyәtimin
               sәbәbi onun fırıldağı idi; iş o yerә çatmışdı ki, bu adam
               bir sürü mühafizәçinin әhatәsindә belә mәni xalq
               qarşısında görünmәkdәn çәkindirmәk istәyirdi, halbuki
               vaxtilә o qara hindum tәk canıyla: “Yol verin, qurum-
               saqlar, hökmdar gәlir!..” – bağırıb maçetesi ilә izdihamı
               yara-yara mәnә yol açırdı vә heç bir pis hadisә baş ver-
               mirdi… baxmayaraq ki o vaxtlar biz hәlә alqışların
               kükrәdiyi bu insan meşәsindә kimin әsl vәtәnpәrvәr,
         116   kimin mәkrli xain, quldur olduğunu müәyyәnlәşdirә
               bilmirdik vә yalnız indi bilirik ki, “Yaşasın әsl kişi!..
               Yaşasın general!” – deyib hamıdan bәrk bağıranların
   111   112   113   114   115   116   117   118   119   120   121