Page 140 - Patriarxın payızı
P. 140
İnәklәri sağmaq vaxtı çatanda o, yuxudan oyandı…
ayağa qalxanda gördü ki, dövlәt şurası iclaslarının keçi -
rildiyi salon şüşә qırıqları vә daş-kәsәklә doludu. Mәlum
oldu ki, Konde kazarmalarının әsgәrlәri otağı man -
canağın kömәyi ilә daşa basıb, sonra da şüşәlәri sınmış
pәncәrәlәrdәn içәri yanar kürәlәr atıblar... “Bütün gecәni
QABRİEL QARSİA MARKES söndürmәkdәn әldәn-dildәn düşmüşük… yanğınsa әn
yatmamışıq, ora-bura qaçıb yanğını suyla, adyallarla
ağlagәlmәz yerlәrdә baş verirdi, mәnim generalım!” O
bu xәbәri biganә görkәmlә dinlәyib: “Sizә dedim axı,
fikir vermәyin!” – dedi vә cansız ayaqlarını arxasınca
sürüyә-sürüyә içinә qum dolmuş dәhlizlәrlә, yanmış
xalçaların, qobelenlәrin üzәriylә addımladı. “Amma axı
onlar kirimirlәr?! Xәbәr dә göndәriblәr ki, yanar kürәlәr
hәlә yalnız xәbәrdarlıqdı, bir azdan sarayı top atәşinә tu-
tacaqlar!” – dedilәr. O isә yenә: “Fikir vermәyin, lәnәt
şeytana!” – deyib bağa çıxdı vә heç kimә mәhәl qoyma -
dan, yenicә açılmış sübhün sәssizliyindә pardaqlanan
qızılgüllәrin xәfif xışıltısını dinlәyә-dinlәyә xiyaban boyu
yeridi vә gәzә-gәzә dәniz tәrәfdәn әsәn külәyin onda
qәribә bir ehtiras, istәk oyatdığını hiss etdi… “Yaxşı, indi
biz neylәmәliyik, general?” – deyәnlәrә yenә: “Fikir ver -
mәyin, lәnәt şeytana, axı bir sözü nә qәdәr tәkrar elәmәk
olar?” – deyә cavab verdi vә hәmişә günün bu vәdәsindә
elәdiyi kimi, fermaya – inәklәrin sağımına nәzarәt elә -
mәyә yollandı, hәr sәhәr olduğu kimi, altı süd çәllәyi
yüklәnmiş qatır arabası Konde kazarmalarına yan aldı,
südü gәtirәn arabaçı prezidentin sözlәrini qiyamçılara
çatdıraraq dedi ki, bu südü o, adәti üzrә, öz fermasından
göndәrib: “Cәnab general, prezident tapşırıb ki, siz sizi
yedirdәn әli dişlәsәniz dә, südü sizә çatdırım!” Arabaçı
bunu elә ürәk açıqlığıyla söylәdi ki, general Bonivento
Barbosa dәrhal südü qәbul etmәyi әmr etdi, ancaq şәrt
140 qoydu: süddәn ilk әvvәl arabaçı dadmalıdı ki, hamı südә
zәhәr qatılmadığına әmin olsun. Nәhayәt, dәmir dar-
vazalar açıldı vә eyvanlardan baxan min beş yüz qiyamçı,