Page 139 - Patriarxın payızı
P. 139

PATRİARXIN PAYIZI

          dılğır hindu kәndindәki ütük bir komaya dәyişәrdi… elә
          bir yerә ki, orada heç kәs onu tanımasın, sayını özü dә
          itirdiyi uzun-uzadı illәr boyu bu ölkәnin dәyişilmәz prezi-
          denti olduğunu bilmәsin – bu onun çoxdankı arzusu idi.
          Bununla belә, general Rodriqo de Aqilar hәr iki tәrәfi razı
          salacaq kompromislәrә getmәk mәqsәdilә qiyamçılarla
          onun arasında vasitәçilik etmәk niyyәtini bildirәrkәn
          qәfildәn qarşısındakının – rәsmi qәbullarda mürgü döyәn,
          olan-qalan ağlını da itirmiş miskin qoca yox, qәdim
          dövrlәrdәn qalmış nәhәng, cәsur bizon olduğunu
          anlamışdı… Belә ki, hәmin bu nәhәng vә cәsur insan
          bircә an belә tәrәddüd etmәdәn Aqilara dirsәk göstәrib:
          “Gәlә!.. – demişdi. – Elә şey yoxdu, mәn hakimiyyәtdәn
          getmә yәcәm!” Onda Rodriqo de Aqilar qocaya bildir -
          mişdi ki, mәsәlә gedib-getmәmәkdә deyil, “hamı bir
          nәfәr kimi sizin әleyhinizәdir, mәnim generalım, hәtta
          kilsә dә!” O isә yenә etiraz edib: “Gözümün belә beşi dә
          aydın! Kilsә hәmişә hakimiyyәtdә olanın tәrәfindә olub!”
          – deyә cavab vermişdi. General Rodriqo de  Aqilar
          deyәndә ki vasitәçilik zәruridir, çünki generallar artıq
          qırx sәkkiz saatdır ki, mәşvәrәt elәyirlәrsә dә, öz ara -
          larında razılığa gәlә bilmirlәr, o: “Dәxli yoxdu, qoy nә
          qәdәr istәyirlәr boşboğazlıq elәsinlәr, özün görә cәksәn,
          kimin daha çox pul verdiyini eşidәndә hansı qәrara
          gәlәcәklәr!” – deyә cavab vermişdi. “Amma mülki mü -
          x a  lifәtin başçıları da maskalarını atıblar vә küçәlәrdә
          açıq-açığına mitinq edirlәr!” – deyә general Rodriqo de
          Aqilar son dәlilә әl atmışdı. O isә: “Lap yaxışı, әmr ver,
          Armas meydanının hәr fәnәrindәn bir nәfәri assınlar, qoy
          hamı görsün ki, güc kimin tәrәfindәdir!” – deyә cavab
          vermişdi. “Bu mümkün deyil axı!.. – Rodriqo de Aqilar
          etiraz etmişdi, – onların arxasında xalq dayanıb!” “Yalan -
          dır, – prezident demişdi, – xalq mәnim tәrәfimdәdir, odur
          ki buradan mәnim yalnız meyitim çıxa bilәr!”  Vә        139
          yumruğunu stola çırpıb yatmağa getmişdi. O, adәtәn, qәti
          qәrar qәbul elәyәndә belә edirdi…
   134   135   136   137   138   139   140   141   142   143   144