Page 138 - Patriarxın payızı
P. 138

hәr gecә onların haradasa mahnı oxuduğunu eşidirәm!” –
               deyәrәk әli ilә hansısa istiqamәti göstәrdi. Ertәsi gün sәfir
               Evansı da uşaqlar barәdә gәzәn söz-söhbәtin böhtandan
               savayı bir şey olmadığına inandıra bildi: “Başa düş m -
               ürәm, hansı uşaqları deyirsiz?  Axı sizin ölkәnizin
               Millәtlәr Birliyindәki nümayәndәlәri özlәri dünya
           QABRİEL QARSİA MARKES  uşaqlar sağ-salamatdırlar vә mәktәbә gedirlәr. Sizә bun-
               ictimaiyyәti qarşısında rәsmi şәkildә bildirdilәr ki,

               dan artıq nә lazımdı? Vәssalam, hәngamә bununla da
               bitdi!” Ancaq hәngamә bitmәmişdi. Günlәrin bir günü,
               gecәnin bir yarısı onu yuxudan oyatdılar: “İki әn böyük
               qarnizon qiyama qalxıb, mәnim generalım! Bundan
               savayı, Konde kazarmaları da üsyan edib! Hәmin o
               kazarmalar buradan cәmi bir mәhәllә aralıdadır! Üsyana
               general Bonivento Barbosa başçılıq edir. Görürsüz, necә
               qudurub? Onun ixtiyarında yaxşı silahlanmış min beş yüz
               әsgәr var. Bütün silah-sursatı da müxalifәtin tәrәfinә
               keçәn bәzi sәfirliklәrin kömәyi ilә әldә ediblәr. Vәziyyәt
               elә dә yaxşı deyil ki, oturub barmağını sorasan, mәnim
               generalım! Tәcili tәdbir görülmәsә, hәr şey mәhv ola-
               caq!”
                   Bir vaxtlar bu sayaq siyasi xarakterli vulkan part -
               layışları onun mübarizә әzmini, risk ehtirasını coşdura
               bilәrdi, amma indi… Amma onun hansı yaşda oldu -
               ğundan, bu yaşın tәbii fәsadlarından xәbәri vardımı?..
               Bütün iradәsinin, gücünün qoca orqanizmindә gedәn gizli
               dağıntıların bәrpasına sәrf olunduğunun        fәrqinә
               varırdımı? Axı soyuq qış gecәlәrindә ona dözülmәz
               ağrılar verәn qәddar körpәsini – havanın soyuqluğundan
               köpüşüb qarpıza dönәn şişini ovutmadan yata bilmirdi?!
               “Uyu, körpәciyim, günüm, günәşim mәnim…” Ən әsası
               isә onun artıq kimin kim olduğunu, bu miskin sarayda
               baş tuta bilәcәk qaçılmaz tale sınaqlarında kimә bel
               bağlaya bilәcәyini heç cür müәyyәn edә bilmәk
         138
               iqtidarında olmaması idi. İndi o bu sarayı, bu miskin evi
               böyük mәmnuniyyәtlә buralardan mümkün qәdәr uzaq,
   133   134   135   136   137   138   139   140   141   142   143