Page 147 - Patriarxın payızı
P. 147
PATRİARXIN PAYIZI
de Aqilar hәlә görünmürdü. Hava gәmi qızdırıcısının
buxarından isinib qızsa da, otaqda әtirli bir bürkü
yaranmışdı… bu, qladiolus vә qәrәnfil qönçәlәrinin
qoxusu idi, otağı bürüyüb bütün havanı yoxa çıxar -
mışdı… Kimsә ayağa qalxıb pәncәrәni açdı... “…vә biz
hamımız sinәdolusu nәfәs aldıq, sonra yenә saatlarımıza
baxdıq, açıq pәncәrәdәn içәri bayram süfrәsi yemәk -
lәrinin iştahaaçan qoxusu vә meh doldu...” Ondan savayı
hamı tәr-qan içindәydi vә bir anlıq, nә baş verdisә, hamı
birdәn-birә özünü naqolay hiss etdi… Hamı necәsә
birdәn-birә, süfrә başında oturanlardan sipәr әvәzi ötüb-
keçmiş illәri ilә qorunan, qonaqlarına hansısa ayrı
alәmdәn – zamana dәxli olmayan mәkanından boylanan
qoca heyvanın iri açılmış gözlәrinә baxmaqdan utandı…
O, sakitcә: “Sizin sağlığınıza, – deyib badәsini әzgin zan-
baq kimi yuxarı qaldırdı, – sizin sağlığınıza…” Vә
belәcә, bütün axşamı badәsini, içkidәn qurtum belә al-
madan, bircә-bircә zabitlәrin badәsiylә toqquşdurdu vә
budur, tam sәssiz sakitlikdә divar saatının sanki dәrin
uçurumun dibindәn eşidilәn boğuq zәngi eşidildi – saat
on ikini vurmağa başladı… General Rodriqo de Aqilar
isә hәlә dә yox idi. Kimsә ayağa qalxıb sağollaşaraq
aradan çıxmaq istәdisә dә, amiranә baxışların tәsiri
altında yerindә mıxlanıb qaldı, daşa çevrilib dondu…
Prezidentin sәsi eşidildi: “Xahiş edirәm, getmәyin!” Vә
hamı başa düşdü ki, saat on ikini vurub qurtarmayanacan
hәrәkәt etmәk, nәfәs almaq, özünü diri göstәrmәk olmaz.
Sonuncu zәng zәrbәsi susanda isә qapı örtüyü açıldı vә
qonaqlar çoxdan gözlәdiklәri general Rodriqo de Aqiları –
görkәmli hәrbi xadim, diviziya generalı Rodriqo de
Aqiları bütün vücuduyla – dörd bir yanı gül kәlәmi
salatıyla bәzәdilmiş, içinә dәfnә yarpağı vә lәvәngi
doldurularaq tәndirdә yaxşıca qızardılmış vәziyyәtdә,
qolunda igidliyә görә beş qızılı badam dәnәcikli tikiş, 147
yaxası on dörd funt ağırlığında medallarla bәzәdilmiş
parad geyimindә, ağzından cәfәri saplağı asılmış halda,