Page 151 - Patriarxın payızı
P. 151

PATRİARXIN PAYIZI

          mәkdәn xilas elәdi. O zaman hökumәt iqamәtgahına
          buraxılan bir neçә adamın saat ikidәn sonra günün әn isti
          vaxtlarını talvar kölgәsindә, hörmә yellәnәn kresloda
          keçirәn prezidenti görmәyә ixtiyarı vardı. Yellәnәn kres-
          losunda outran general yarı yuxulu halda yaxınlıqdakı
          mәktәbdә oxuyan qızların sarayın elә dә möhkәm qorun-
          mayan arxa darvazalarına dırmaşaraq mürgü içindә
          tәrpәnmәdәn oturub-qalan prezidenti, gicgahına qoyul -
          muş saralmış mәlhәm otları müşahidә etdiklәrini, sapsarı
          gün şüalarının talvar yarpaqları arasından üstünә süzülüb
          onu yaquara oxşatmağına, “dәniz iblisi”nin ağzı kimi
          açıq qalan ağzına baxdıqlarını görürdü... “Qoca kaftar!” –
          deyә qızlar onu cinlәdir, prezident isә onların nә dediyini
          eşitmir, qızlara havanın titrәk bürküsündәn baxaraq
          mehriban-mehriban әl elәyir, heç mığmığaların qulaq -
          batıran vızıltısını da eşitmirdi… o, ümumiyyәtlә, heç nә
          eşitmirdi… tәkcә bataqlıqların vә dәniz xәrçәng lәrinin
          iyini duyur, aradabir toyuqların asta-asta dim diklәdiyi
          ayaq barmaqlarını tәrpәdirdi. Onun real dün yayla әlaqәsi
          cәmi-cümlәtanı bir neçә qiymәtli xatirәdәn ibarәt idi –
          dövlәt işlәrindәn uzaqlaşdığı gün dәn bәri bircә bu
          xatirәlәrlә yaşayır, heç nә düşün mәdәn dumanlı haki -
          miyyәt havasında gicәllәnirdi: adamsız, tәnha sarayın
          dәhlizlәriylә süründüyü, boş kabinetlәrdә gizlәndiyi
          gecәlәrdә ona yalnız mәruzә mәtni vәrәq lәrinin kәnar -
          larını qopararaq hәmin o kağız parçalarına zәrif xәttiylә
          yazdığı sönük xatirәlәri – onu ölümdәn xilas edәn, ölüm
          qorxusu yellәrinә sinә gәrib davam gәtirmәyә yardımçı
          olan xatirәlәri kömәk edirdi. Belә gecәlәrin birindә o,
          kağız parçalarından birinә zәrif xәttiylә: “Mәnim adım
          Sakariasdır!” – sözlәrini yazdı, sonra bu sözü mayakın
          işığında ötәri oxudu, sonra bir dә vә bir dә oxudu; o qәdәr
          oxudu ki, öz adı ona yad göründü, sonra özü-özündәn:
          “Axı bu sәnin nәyinә lazımdı?..” – soruşdu vә kağızı tikә-  151
          parça edib yerә tökdü. “Mәn elә mәnәm!” Sonra ayrı
          kağız parçası götürüb yazdı ki, yüz yaşı tamam olub; bu
   146   147   148   149   150   151   152   153   154   155   156