Page 156 - Patriarxın payızı
P. 156
tutmasınlar; rәsmi dövlәt mәnbәlәri Bendisyon Alvarado-
nun xәstәliyi barәdә saxta bülletenlәr nәşr edir, carçılar
onları ictimai yerlәrdә ucadan oxuyurdular, lakin prezi-
dentin anasının әsl xәstәliyi ilә bağlı söz-söhbәtin
qarşısını almaq olmurdu carçılar növbәti bülleteni ox-
uyandan sonra şifahi şәkildә dә tәsdiq edirdilәr ki, can
QABRİEL QARSİA MARKES çürümә iyi axır vaxtlar o qәdәr kәskin l ә şib ki, hәyәtdәki
üstә olan Bendisyon Alvaradonun otağından gәlәn
cüzamlı xәstәlәr belә bu qoxudan baş götürüb qaçıblar;
onlar danışırdılar ki, can verәn xәstәni yenicә kәsilmiş
qoyunların qanında çimdirirlәr; deyir dilәr, arvadın
altından yığılan döşәküzülәrin irinli lәkәlәri qaynatmaqla
da getmir, prezident özü isә heç fermaya da ayaq basmır,
әn çıxılmaz mәqamlarında baş çәkdiyi arvadlarına belә
dәymir; deyirdilәr prezident, anası üçün dua oxumağa
gәlәn arxiyepiskopu da qapıdan qaytarıb: “Burada ölәn-
zad yoxdu, müqәddәs ata! Camaatın boş şayiәlәrinә
uymayın!” – deyibmiş; o, üfunәtә mәhәl qoymadan
anasıyla bir nimçәdәn, bir qaşıqdan yeyir, hәr axşam,
yatmamışdan әvvәl arvadı çimdirir, onu әn ağıllı itinin
piyindәn bişirilmiş sabunla sabunlayır, anasının
vәsiyyәtini – ölümündәn sonra heyvanlarıyla necә
davran maq, onlara necә qulluq göstәrmәk barәdә
dediklәrini – ürәyinin başı sökülә-sökülә dinlәyir vә köv -
rәlirdi… “Tovuz quşlarının lәlәklәrini qoparıb şlyapalara
vurmağı qadağan edirәm...” – deyәndә anasının sәsi
әsmişdisә dә, o, arvadın bütün әmrlәrinә: “Yaxşı,
anacan!” – deyә cavab verә-verә onun bәdәnini qatranla
yağlamağa davam etmişdi. “Quşları bayram günlәrindә
oxumağa mәcbur etmәyin...” – “Yaxşı, ana!” – deyә ar -
vadı tәmiz döşәkağıya sәriyә-sәriyә söz vermişdi. “Qasır -
ğadan qabaq quş yuvalarından yumurtaları yığışdırın,
yoxsa әtcәbalalar quşların altında qalıb boğular...” –
156 “Yaxşı, ana!” – deyib arvadın әlini ürәyinin üstü nә
qoymuşdu: “Sәn rahat yat”; tez-tez anasının alnından
öpür, çarpayısının yanında döşәmәnin üstünә uzanır,