Page 161 - Patriarxın payızı
P. 161

PATRİARXIN PAYIZI

          olmadığı kimi, buna da kiminsә şübhә elәmәyә cәsarәti
          çatmazdı.
              Vә günlәrin bir günü, gecәnin bir yarısı, bu mәm -
          lәkәtin gözdәn-könüldәn uzaq, sakit bir yerindә sanki
          Nuh әyyamından qalmış yelkәnli gәmi peyda oldu…
          avarlarını suda şappıldada-şappıldada, göyәrtәsindә ara-
          sıra yanan işıqlarıyla qaranlıqlarda görünüb yox oldu;
          sahil әhalisi keçmiş, gözәl günlәrin yenidәn geriyә
          döndüyünü zәnn edәrәk gәmini bayram tәbillәrini vura-
          vura qarşıladı, yer-yerdәn: “Yaşasın әsl kişi!” – qışqı -
          rıqları eşidildi. – Haqq naminә geri qayıdana eşq olsun!”
          Sonra camaat suya doluşub üzә-üzә gәmiyә can atdı ki,
          cürbәcür şirәli meyvәlәri vә yemәklәri ora çatdırsın.
          Onlar gәminin naxışlı haşiyәli mәhәccәrlәrinә dırmaşıb
          göyәrtәyә soxulurdular ki, gәtirdiklәri nemәtlәri vәtәnin
          taleyini, adәtәn, domino oyunlarında hәll edәn dövlәt
          başçısının ayaqları altına düzsünlәr, amma onları da
          sudan çıxarıb tabutun önünә çәkib gәtirdilәr, camaat
          heyrәt içindә, daş duz vә buz qırıntılarıyla bәzәdilmiş
          tabutun qarşısında donuxub qalırdı; tabutu prezident
          kayutunun tәn ortasında, dörd tәrәfi güzgülü otaqda
          qoymuşdular ki, güzgülü divarlarda birә-on çox görün -
          sün. Belәcә, bu qәdim gәzinti gәmisi zamanın yuyub Yer
          üzündәn sildiyi adda-budda adaların yanından ötüb keçә-
          keçә bir neçә ay elә uzun-uzadı sәyahәt elәdi ki, axırda
          saysız-hesabsız axınların töküldüyü vahimәli, sulu
          cәngәlliklәrdә – hәmişәyaşıl çiçәklәrin ağlı başdan
          çıxardığı, zamanın qurtardığı bir yerdә azıb-qaldı vә elә
          oradaca – dünyanın qurtaracağındakı dayazlıqda lövbәr
          salıb dayandı, taxta çarxlarının pәrlәri qızılı qumda
          xırçıldayıb sındı, gәmi yarıyacan lehmәyә batdı,
          döyülmüş buz da, daş duz da әriyib axdı, mәrhumәnin
          meyiti şişib taxta tilişkәlәrin arasında yırğalanmağa
          başladı. “Vә elә hәmin an möcüzә baş verdi, mәnim       161
          generalım! Mәhz hәmin dәqiqә baxıb gördük ki, o,
          gözlәrini açdı… gördük ki, onun gözlәri yanvarda açılan
   156   157   158   159   160   161   162   163   164   165   166