Page 159 - Patriarxın payızı
P. 159
PATRİARXIN PAYIZI
dәfә monastırın daim bağlı darvazaları taybatay açıldı,
atlı әsgәrlәr hinduları mal-qara sürüsü kimi mәbәdin
qapılarına sarı qovdu, camaatı tüfәng qundaqlarıyla döyә-
döyә itәlәyib monastırın içinә saldılar… içәridәki camaat
pәncәrәlәrin şәbәkәli şüşәlәrinin rәnglәrindәn sıxıla-
sıxıla, zәrxara geyimli doqquz yepiskopun mәrhumәnin
ruhuna oxuduqları dualar altında döyüküb qaldılar. Kilsә
xoru “Tanrı dәrgahına yollan” ayinini oxuyur, mәbәdin
çölündә yağan yağış bir vaxtlar hökmdar olacaq uşağın
doğulduğu gün tәzәcә cücәrmәyә başlayan hәmin
әtirşahları sulayır, monastır xadimәlәri şәrab, donuz
qabırğası, tәsbeh, içinә müqәddәs su doldurulmuş şüşәlәr
satır, hәr pationun daşdan hörülmüş girәcәyindә şıdırğı
alver gedir, yemәkxanalarda musiqi çalınır, arakәs mә -
lәrdә rәqs edirdilәr... bu, ucu, sonu görünmәyәn bir bazar
günü idi… uzun illәrdәn bәri gözlәnilәn bayram şәnliyi,
axır ki, gәlib çatmışdı; bu bayram Bendisyon Alvarado-
nun gümrah vaxtlarında oğlunun ardınca federasiya
uğrunda mübarizәyә getdiyi hәmin gizli cığırlarla,
dumanlı dәrәlәrlә irәlilәmәkdәydi… Hәmin o odlu-
1
alovlu müharibә illәrindә oğlu tersiananın odlu titrәt -
mәsindәn yerә yıxılanda anası onu ordu atlarının tapdağı
altında qalıb әzilmәyә qoymamışdı; namәlum, yad dәniz
sahillәrindә yaşayan әhalini gözlәyәn qaçılmaz tәh -
lükәlәri әvvәlcәdәn duymağı da oğluna anası öyrәt mişdi;
arvad vitse-kralların abidәlәrindәn, ümumiyyәtlә, hey -
kәllәrdәn, bir dә xәrçәnglәrdәn çox qorxurdu, nәyә
görәsә bu fikirdә idi ki, xәrçәnglәr körpәlәrin göz yaşını
içir. Hәmin taleyüklü gecә isә boz yağışlar dumanı içindә
әriyib-itәn nәhәng Hökumәt Evinin binasını görәndә
arvadın hәyәcandan әl-ayağı titrәmiş, nә vaxtsa elә hәmin
bu binada – oğlunun üzüüstә döşәmәyә düşüb qәzәbdәn
boğula-boğula: “Sәn hara ilim-ilim itdin, ay ana, lәnәt
şeytana? Bu seyrәk kol-kosun içindә necә azdın? İndi 159
1 Tersiana – hәr üç gündәn bir tutan titrәtmә xәstәliyi