Page 154 - Patriarxın payızı
P. 154

rәsinә әn lәziz xörәk kimi verilәn general Rod riqo de
               Aqiların qovurmasından sonra mәlum olmuşdu. Lakin
               onu narahat elәyәn, hәyәcanlandıran bu deyildi. Dövlәt
               işlәrindәki çәtinliklәr Bendisyon Alvaradonun oğlunun
               otağı ilә bitişik otaqda, xәstәliyin aramlı alovunda
               qovrulduğu vaxtlar bütün әhәmiyyәtini itirmişdi… Asiya
           QABRİEL QARSİA MARKES  lәşdirmişdi ki, arvadın azarı ağır vәba, qoturluq, yaxud
               xәstәliklәrindәn  başı yaxşı çıxan hә kim lәr  müәyyәn -


               hansısa başqa namәlum Asiya zәhrimarı yox, hansısa
               hindu cadusudur vә bu cadunu yalnız onu edәnlәr aradan
               qaldıra bilәr vә yalnız bundan sonra Bendisyon Al-
               varadonu saraya yerlәşdirmişdilәr; onda prezident bunun
               ölüm olduğunu anlamışdı vә sәhәr-axşam özünü anasına
               hәsr etmişdi; otağın qapısını içәridәn bağlayıb arvada әsl
               ana qayğısıyla qulluq elәyirdi; böyük mәmnuniyyәtlә özü
               çürümәyә hazır idi, tәki heç kim anasının diri-diri soxul-
               canlara yem olmasını görmәsin; bu mәqsәdlә әmr dә
               vermişdi ki, anasının bütün toyuqlarını, tovuz quşlarını
               vә digәr quşlarını saraya gәtirsinlәr, tәki anası öz kәnd
               işlәri üçün, evi üçün, hәyәti üçün darıxmasın; anasının
               bәdәnindәn gәlәn irin iyini heç kim hiss etmәsin deyә
               şam ağacının әtirli budaqlarını öz әllәriylә yandırıb
               tüstülәdir, yaralara öz әllәri ilә cürbәcür yaxmalar çәkir,
               anasının buna qәdәr istifadә etdiyi yaxmalardan qızarıb
               saralan, göyәrәn bәdәnini, cadudan ölüm kimi qorxan
               sәhiyyә nazirinin etirazlarına mәhәl qoymadan, türk
               balzamıyla sağaltmağa çalışırdı. “Cәhәnnәm olsun
               hamısı, – deyirdi, –  kaş ikimiz dә bir ölәydik!” Ben -
               disyon Alvarado isә başa düşürdü ki, tәk ölür; odur ki
               oğluna öz keçmişindәn danışmağa tәlәsir, olub-keçәnlәri,
               bütün sirlәri özüylә qәbir evinә aparmaq istәmirdi vә
               oğluna, doğuşdan sonra içindәn çıxarılan ciftin donuzlara
               atılmasından, küçәdәn ötüb-keçәn cavanlardan hansının
         154   uşağın atası olduğunu müәyyәnlәşdirmәyә cәhd göstәr -
               mәsindәn, boylu olma sının tarixçәsindәn – qәlyanaltı -
               xananın arxa otağın da çaxır çәllәklәrinin arasında
   149   150   151   152   153   154   155   156   157   158   159