Page 150 - Patriarxın payızı
P. 150
növbәnöv lәtifәlәr qoşurduq… Mәsәlәn, guya bir dәfә
dövlәt şurasına xәbәr çatıb ki, prezident ölüb vә nazirlәr
qorxa-qorxa bir-birinә baxa-baxa soruşublar ki, indi bunu
kim gedib ona xәbәr verәcәk – ha-ha-ha! Olsun ki, o
dövrlәr bu sayaq xәbәrlәr onu maraqlandırmırdı, çәtin ki
o, bütün bu danışılanların ciddi söhbәt, yoxsa adi küçә
QABRİEL QARSİA MARKES yaddaş mücrüsündә bir neçә nimdaş xatirәdәn savayı,
lәtifәsi olduğunu anlayaydı, çünki o dövrlәr prezidentin
başqa bir şey qalmamışdı. Deyirdilәr, yastı dabanları,
heysiz ayaqlarıyla tәnha, yarıqaranlıq otaqlarla lal güzgü
әksi kimi dolaşarkәn kabinetlәrdәn birindә qarşısına
çıxan nişastalı yaxalıqlı, qısa gödәkcәli bir adamın onu
görcәk әlindәki ağ yaylıqla kimәsә şәrti işarәlәr vermәsi
gözünә görünәndә: “Əlvida!” – deyibmiş. Bu qәribә
tәsadüf, deyilәnә görә, sonradan rituala çevrilmişdi, saray
xidmәtçilәri hәr onu görәndә ayağa qalxıb ağ yaylıq
yellәtmәli vә “Əlvida, mәnim generalım, әlvida!”
demәliymişlәr vә mәsәlә burasındaydı ki, general onları
qәtiyyәn eşitmirdi, o vaxtlar, nәdәnsә, birdәn-birә ona elә
gәlmişdi ki, quşlarının sәsi sәhәr-axşam oxumaqdan batır,
odur ki ehtiyatda saxladığı beçә balından quşlara da
yedirdirdi, onların daha gur sәslә oxumasından ötrü
dimdiklәrinә xüsusi mәcun damızdırır vә fikirlәşirdi ki,
bu damlalar mütlәq quşların sәsinin açılmasına kömәk
edәcәk vә özü dә onlara qoşulub köhnә, unudulmuş
mahnılardan oxuyurdu: “Ah, yanvar ayı!..” vә yenә dә
ağlına gәlmirdi ki, quşların sәsi heç dә batmayıb, sadәcә,
onun qulaqları pis eşidir. Bir dәfә isә gecәyarısı qula -
ğındakı vıjıltı yerli-dibli yoxa çıxdı, elә bil çilik-çilik olub
qeybә çәkildi, әvәzindә isә qulağına arabir uzaqdan-
uzağa, hakimiyyәt dumanının ilğımında üzәn gәmilәrin
zәif fitinin güclә sezildiyi yumşaq hava doldu… sonra
hansısa xәyali külәklәrin sәsini eşitmәyә başladı… bu
150 sәsin içinә quş civiltilәri dә doldu, quşlar elә bil lap
ürәyinin içindә cükküldәdilәr vә bu cükkültü onu,
quşlarının uzun-uzadı faciәvi lallığının dәrdini çәk -