Page 153 - Patriarxın payızı
P. 153
PATRİARXIN PAYIZI
cәk”. O da soyunurdu. “Sәn Allah, qılıncını da, qayışını
da çıxar, hamısını çıxar ki, sәni hiss elәyә bilim, hәyatım
mәnim”. O da әynindәkilәrin hamısını çıxarıb bir kәnara
atırdı ki, indiyәcәn heç bir qadınla bunu elәmәmişdi vә
heç Letisiya Nasarenodan sonra da heç kimlә bu cür
davranmadı. “Mәnim yeganә, hәqiqi mәhәbbәtim”, –
deyib ah çәkdi vә ahlarını da hәmin o Nuh әyyamından
qalmış uzun-uzun mәruzәlәrinin kәnar larından qopardığı
saralmış kağız zolaqlarına yazdı, sonra bu zolaqları
siqaret kimi bürmәlәyib sarayın içini dolaşaraq әn gizli
yerlәrdә, dәlmә-deşiklәrdә gizlәdi: elә yerlәrdә gizlәdi
ki, sonradan axtaranda tapa bilsin vә bu yazıları heç vaxt
heç kim tapa bilmәdi... Letisiya Nasarenonun surәti dә
günlәrin bir günü onun yaddaş borularından süzülüb ha
tәrәfәsә axdı vә yaddaşında tәk bir adamın – anası
Bendisyon Alvaradonun xatirәsi qaldı... onun son
günlәrini – qayanın üstündәki malika nәsindә, evin
yamyaşıl artırmasında, oğlu ölmәyini hiss elәmәsin deyә
yellәnәn kreslosunda oturaraq qucağın dakı lәyәndә
qarğıdalı dәnәlәrini qarışdırıb toyuqları çağıra-çağıra
ölmәyini, tamarindlәrin kölgәsindә asılmış tor yellәnәndә
yellәnәrkәn ağrıdan güclә nәfәs aldığını oğlu sezmәsin
deyә öz ayaqlarıyla gedib ona meyvә şirәsi gәtirmәyini
xatırladı… ona heç kimin kömәyi vә iştirakı olmadan
hamilә qalan vә onu dünyaya tәkbaşına gәtirәn, diri-diri
çürüyüb-irinlәdiyi xәstә vaxtlarında belә sәsini çıxar -
mayan, yalnız ağrıları dözülmәz hәddә çatanda oğlundan
tәbiәtinә uyğun olmayan yazıqlıqla: “Bir kürәyimә bax,
gör orada nә var, niyә elә od tutub yanır, elә yanır, dözә
bilmirәm!” – deyә xahiş elәyәn anasını, köynәyini
soyunub kürәyini oğluna çevirәndә içi qurdlarla
qaynaşan üfunәtli irinli yaralarını dәhşәtdәn nәfәsi tutula-
tutula gördüyünü xatırladı... “Axı pis vaxtlar idi, mәnim
generalım, o vaxtlar “dövlәt sirri” deyilәn elә bir mәsәlә 153
yox idi ki, camaat xәbәr tutmasın, elә bir әmr yox idi ki,
әmmasız әmәl edilmәsin!” Əlәlxüsus da bu, bayram süf -