Page 148 - Patriarxın payızı
P. 148

iri, gümüş mәcmәyidә oturan yerdә gördülәr... Mәcmәyi
               bayram süfrәsinin tәn ortasına qo yuldu, dәhşәtdәn daşa
               dönmüş qonaqlara mәhәl qoymayan iltifatlı ofisiantlar
               süfrәyә gәtirilmiş xörәyi bıçaqla doğrayıb bölmәyә
               başladılar vә hәr qonağın qabağındakı nimçәyә müdafiә
               nazirinin içi qoz lәpәsi vә әdviyyatla doldurulmuş әtindәn
           QABRİEL QARSİA MARKES  verildi: “Nuş olsun, senyorlar!”
               iri bir tikә qoydular… şam ye mәyinә başlamaq işarәsi


                   …O, xeyli sayda zәlzәlәdәn, taleyin uğursuz
               dönәmlәrindәn, odlu sәma kürәlәrinin saysız-hesabsız
               tәkanlarından sağ-salamat çıxmışdı vә bizim dövrlәrdә
               heç kim inanmırdı ki, bir vaxtlar görücü-falçı qadının
               dediklәri hәyata keçәcәk, yәni prezident haçansa ölәcәk.
               Bir sözlә, daha onun ölümünә heç cür inanmaq mümkün
               olmurdu; sadәcә, bu, ağlasığmaz, mümkünsüz bir mәsә -
               lәyә çevrilmişdi, odur ki aşkar edilmiş cәsәdin sәliqәyә
               salınıb dәfn edilmәsinә icazә sәnәdlәşdiri lәnәcәn ara -
               mızdakı әn qatı mövhumatçılar belә boyun larına al-
               masalar da, gözlәyirdilәr ki, bu cәsәd, hәqiqәtәn,
               onundursa, bir vaxt deyilәnlәr, nәhayәt, baş verәcәk –
               onun öldüyü gün durğun bataqlıqların kifsәmiş suları
               axar çaylara dolacaq, qanlı yağışlar yağacaq, toyuqlar
               beşguşәli yumurtalar yumurtlayacaq, Yer üzünә әbәdi
               sükut vә qaranlıq çökәcәk… onun ölüm günü – dünyanın
               axır gü nü olacaq. Onun ölümünә bir dә ona görә inanmaq
               mümkün deyildi ki, diktatura rejimi illәrindәn salamat
               çıxan bir çox qәzetlәr yenә әvvәlki qaydada onun
               ölümsüzlüyündәn yazır, tarixi xidmәtlәrini şişirdәrәk
               yazılanları arxiv sәnәdlәriylә tәsdiq edirdilәr; portretlәri
               hәr gün qәzetlәrin birinci sәhifәsinin başlığında görün -
               dükcә o sәbәbdәn bizdә zaman donuqluğu duyğusu
               yaranırdı ki, bu simanı – poqonlarında beş şöhrәt günәşi
               parıldayan hәmin o mundiri, üzü fәaliyyәt hәrarәti vә
         148   sağlamlıq saçan bu lәyaqәtli bir adamın şәklini biz hәr
               gün qәzetlәrdә görürdük… halbuki onun yaşının hesabı
               çoxdan hamının yadından çıxmışdı… Qәzetlәr bir ucdan
   143   144   145   146   147   148   149   150   151   152   153