Page 146 - Patriarxın payızı
P. 146
lәriylә söhbәt edirәm, termometrlә inәklәrin hәrarәtini
ölçürәm, onlara cürbәcür dava-dәrman, qızdırma salan
hәblәr verirәm, sonra guya böyük admirala sәrdabә
tikdirmişәm vә guya hәmin admiral yalnız mәnim xәstә
tәsәvvürümdә mövcuddur, halbuki pәncәrәmin altında
lövbәr salmış üç karavellanı öz gözlәrimlә görmüşdüm!
QABRİEL QARSİA MARKES vәsaitini hәr cür mürәkkәb sistemli maşın vә mexa -
Dәlil-sübut yığırdılar ki, guya mәn külli miqdarda dövlәt
nizmlәrin alınmasına sәrf etmişәm, guya astronomları
mәcbur etmişәm Günәş sisteminin qanunlarını elә
dәyişdirsinlәr ki, gözәllik kraliçası mәnә aşiq olsun, guya
o qızı da özümdәn uydurmuşam, qocalıqdan ağlımı o
qәdәr itirmişәm ki, iki min uşağı sementlә dolu barja
mindirib açıq dәnizdә batırmağı әmr elәmişәm, görürsәn
bu köpәyuşağını?!”
General Rodriqo de Aqilar bütün bu zәruri sübutları
toplayaraq prezident qvardiyasının qәrargahında onun
zabitlәri ilә sazişә girmişdi vә qәrara alınmışdı ki, prezi-
dent qayanın başında tikilmiş keçmiş diktatorların
yaşadığı qocalar evinә göndәrilsin. Bu әmәliyyatın mart
ayının birindә, mühafizә vә qarovul dәstәlәrinin hima -
yәdarı sayılan müqәddәs Mühafizәçi Mәlәyin şәrәfinә
tәşkil edilәn әnәnәvi axşam yemәyi zamanı hәyata
keçirilmәsi nәzәrdә tutulmuşdu. “Yәni üç gündәn sonra,
mәnim generalım!” O onda da bircә hәrәkәtiylә belә
sezdirmәdi ki, hazırlanmaqda olan bu sui-qәsddәn xәbәri
var, bircә hәrәkәti ilә belә bir kәsdә şübhә oyatmamışdı
ki, hәr şeyi bilir vә tәyin olunmuş gün öz qonaqlarını –
şәxsi qvardiyasının yüksәkrütbәli zabitlәrini qәbul etdi,
onları banket stolunun arxasında әylәşdirib içki dә tәklif
etdi: “General Rodriqo de Aqilar gәlib-çıxanacan vә
mәclisin ilk sağlığını deyәnәcәn bir az boğazımızı is-
ladaq”. O, qonaqlarla dostyana söhbәt edir, zarafatlaşır,
146 zabitlәr isә guya ötәri baxışla saatlarına baxır, saatı
qulaqlarına tutur, silkәlәyir, qurub vaxtı düzәldirdilәr.
Artıq saat on ikiyә beş dәqiqә qalsa da, general Rodriqo