Page 155 - Patriarxın payızı
P. 155

PATRİARXIN PAYIZI

          vızıldaşan gümüşü çalarlı yaşılımtıl milçәklәrin әlindәn
          göz aça bilmәdәn, şlyapasını belә başından çıxarmağa
          macal tapmadan, ayaq üstә dayandığı yerdә hamilә
          qalmasından danış ır dı... bir avqust sәhәri qadın
          monastırının darva zaları altında, solğun işıq süzülәn
          әtirşahların arasında, vax tından xeyli әvvәl doğulan
          körpәnin bir xayasının әncir böyüklüyündә olduğunu
          gördüyünü tәsvir edirdi... “Sәn ağlayırdın vә işәyirdin…
          nәfәsin sinәndәn, tuluq zurnası sәsi ilә, qırıq-qırıq
          çıxırdı...” Bazar günlәri onu meydana aparıb monastır
          rahibәlәrinin bağışladığı әsgilәri bәdәnindәn açaraq
          çılpaq vәziyyәtdә camaata göstәr mәsindәn danışırdı…
          “Deyirdim, bәlkә, kimsә dәbәl ik dәn, raxit vә sairәdәn
          müalicә üçün ucuz vә etibarlı dәrman adı mәslәhәt görә.
          Deyirdilәr, hamısından yaxşısı – arı balıdı, deyirdilәr, alın
          yazısını pozmaq olmaz, deyirdilәr, uşaq böyüyәndә
          nәfәsli alәtlәrdә çalmaqdan savayı, әlindәn hәr iş
          gәlәcәk…” Günlәrin bir günü, tәsadüfәn küçәdәn keçәn
          qara-qışqırıqçı bir falçı uşağa yaxınlaşıb vay-şivәn
          qoparanacan körpәyә bir o qәdәr mәhәl qoyan
          olmamışdı... Falçı uşağa baxıb tәәccüblә: “Bu uşağın ov-
          cunda tale xәtlәri yoxdu axı?! Bu o demәkdir ki, o,
          padşah olacaq!” – söylәmişdi. “Görürsәn, demәk, falçı
          sәhv elәmәmişdi, oğul…” – anası danışır, o isә anasının
          söylәdiyi bu tarixi salnamәni can verәn adamın ölüm -
          qabağı sayıqlamaları hesab edәrәk arvada yalvarırdı ki,
          keçmişdә olub-keçәnlәri az eşib-töksün, ondansa bir az
          yatsın, yalvara-yalvara onu çit döşәkağıya sәriyirdi. O bu
          sayaq, yaraları incitmәyәn çoxlu nazik, yumşaq döşәk -
          ağılar tikdirmәyi әmr etmişdi; gecәlәr anasını böyrü üstә
          uzadıb körpә uşağı yatırdırmış kimi ona laylay deyir,
          qadınınsa gözünә yuxu getmir, әli sinәsindә uzanıb
          qalırdı... “Bax belә, anacan, olub-ötәnlәri yada salmağın
          yeri yoxdu, olan oldu, keçәn keçdi, mәn dә, budu ha,    155
          gözünün qabağındayam”. O çalışırdı ki, anasının bu cür
          diri-diri çürümәsindәn saraydan kәnarda xәbәr
   150   151   152   153   154   155   156   157   158   159   160