Page 160 - Patriarxın payızı
P. 160
üzünә yığılan milçәklәri kim qovacaq?”– deyә zarıyacağı
bu möhtәşәm sarayda ölәcәyi heç ağlına belә gәlmә -
mişdi.
…O, ağır-ağır köks ötürür, Bendisyon Alvarado isә
hәmin mәqam öz tabutunda, çinar yarpaqlarından
hörülmüş örtüyün altında üfunәt saçan bataqlıqla irәli -
QABRİEL QARSİA MARKES hansısa kәnd mәktәbinә, ya şora yığılan sәhralıqdakı
lәyәn izdihamın çiyinlәri üstә üzür, üzә-üzә aradabir
baraka, yaxud ucqar bir hindu kәndinә qonaq olur, kәnd -
lәrin әn gözәl evlәrinә girirdi. Tabutun önünә Bendis -
yonun gәnclik illәrinin portreti qoyulmuşdu: bu portretdә
o, o sәbәbdәn gözәl vә ecazkar görünürdü ki, şәkil
çәkilәn gün, zorla da olsa, yaxalığına naxışlı diadema
taxmağa, üzünü pudralamağa, dodaqlarını boyamağa
icazә vermişdi, ömründә ilk dәfә әlindә zanbaq tutmuşdu.
“Əlinizdәki gülü elә yox, bax belә tutun, senyora! Gülü
guya bilmәyәrәkdәn әtәyinizә salın...” – ona demişdilәr;
hәmin pozada çәkilmiş şәkli Avropa monarxlarının foto-
portretlәrini yaradan mәşhur venesiyalı fotoqraf çәk -
mişdi. Portreti o sәbәbdәn tabutla yanaşı qoyurdular ki,
orada yatanın, hәqiqәtәn, Bendisyon Alvaradonun özü
olduğu sübut olunsun vә camaat şәkillә tabutdakı üzü
tutuşdura bilsin. Bir sözlә, hәr şey әvvәlcәdәn düşünül -
müşdü: meyitin vәziyyәti ciddi nәzarәt altındaydı, üzünә
çәkilmiş kosmetika vә parafin layı vaxtlı-vaxtında
dәyişdirilir, yağışdan göz dәliklәrinә yığılan kif
tәmizlәnirdi; dәrzi ordusu mәrhumәnin paltarına elә
baxırdı, elә bil meyiti indicә geyindirib-bәzәyiblәr;
arvadın başındakı (qız vaxtı taxa bilmәdiyi) ağappaq
bakirәlik fatasının tәmizliyinә dә onlar nәzarәt edirdilәr.
“Qoy indi bu bütpәrәstlәrdәn bircәsi desin ki, sәn öz
portretinә oxşamırsan, ana!” Burada hakimiyyәtin yalnız
vә yalnız ona mәxsus olduğunu unutmağa heç kimin
160 haqqı çatmadığı bu mәmlәkәtin әn kasıb kәndlәrindә, әn
ucqar, cәngәllik meşәlәrindә belә hakimiyyәtin yenә
yalnız vә yalnız ona mәxsus olacağına heç bir şübhәnin