Page 165 - Patriarxın payızı
P. 165

PATRİARXIN PAYIZI

          bәtinin diqqәtini xristian dininә cәlb edәrәk Foma
          Akvinskinin ehkamlarını tәhlil edirdi. “İndi isә mәn sizi
          bir mәsәlәdәn agah elәmәliyәm, müqәddәs ata. “Sәn
          saydığını say, gör fәlәk nә sayır!” deyiblәr. İş elә gәtirdi
          ki, mәn dә dindar olmalı oldum vә artıq mәn dә
          dindaram” – dedi. O, gözlәrini belә qırpmadan әvvәlki
          kimi nә Allaha, nә İblisә, ümumiyyәtlә, bu işıqlı dünyada
          heç nәyә inanmasa da, bircә şeyә – anası Bendisyon
          Alvaradonun bütün ömrü boyu göstәrdiyi fanatik fәda -
          karlığına, keçirdiyi nümunәvi hәyatına görә müqәddәs
          simalar sırasına daxil edilә bilәcәyinә inanırdı. O,
          anasının müqәddәsliyini sübut etmәk üçün camaatın
          uydurduğu әfsanәlәrә – mәsәlәn, guya mәrhumәnin
          meyiti aparılarkәn qütb ulduzunun matәm izdihamının
          sәmtinә yönәlәrәk onunla birgә hәrәkәt etmәsinә, yaxud
          guya ayrı-ayrı yerlәrdә musiqi alәtlәrinin öz-özünә
          çalmasına әsaslanmadan arxalandığı әsas dәlilin üzәrindә
          dayandı. Bu, Bendisyon Alvaradonun can üstә olarkәn
          bәdәninin izi qaldığı ağ mәlәfә idi… hәmin bu nazik, çit
          döşәkağı, qәribәydi ki, qadının yara-xoralı qoca vaxtının
          yox, gözәl cavanlıq illәrinin bәdәn izlәrini – sağlığında
          olduğu kimi, bir әli sinәsindә, böyrü üstә uzanmış
          vәziyyәtini olduğu şәkildә qoruyub saxlamışdı. Oğul
          zәrif güllәrin qoxusunu andıran bu tәrin iyini duya-duya,
          baş vermiş möcüzәnin hәyәcanından, quşların civilti
          sәsindәn cuşa gәlmiş halda mәlәfәdәki izlәri barmağıyla
          sığallayır: “Bir baxın, müqәddәs ata! Möcüzәdi! Eşi -
          dirsiz, quşlar da bunu tәsdiq edir!..” – deyәrәk döşәk -
          ağının hәm üz, hәm astar tәrәfindә qalan lәkә izlәrini
          nunsiyә göstәrirdi. Lakin nunsi diqqәtcil vә sayıq idi,
          odur ki mәlәfәdә ustad rәssamların әl işini – vulkan
          külündәn yaradılmış tәsvirlәri, şәkillәrdә süni çatlar
          yaratmaq ustası olan ara rәssamlarının sәnәtkarlığını
          asanca sezmişdi vә bu qәnaәtinә ürәyindә bircә gilә dә
          şübhә elәmirdi; o sәbәbdәn ki, mәlәfәdә tәsvir olunanlar  165
          rәnglәrin oynaq çalarlarından bilinirdi... Nunsi dünyanın
   160   161   162   163   164   165   166   167   168   169   170