Page 169 - Patriarxın payızı
P. 169

PATRİARXIN PAYIZI

          yoxdur. “Bütün ölkә sizin ixtiyarınızdadır, müqәddәs ata –
          buyurun, baxın!” Əsgәrlәr qarşısında cavan, tәmiz
          dәrilәrini nümayiş etdirmәyә gәlәn cüzamlılarla dolu
          Apostolik nunsiaturada sәliqә-sahman işlәri aparılırdı;
          müqәddәs Vitta rәqsindәn şәfa tapanlar, bu möcüzәyә
          inanmayanlara, iynәlәri bir göz qırpımında necә sapla -
          dıqlarını nümayiş etdirirdilәr; ruletka oyunundan
          varlananlar bu uduşları, yuxularına girib, onlara uduş
          nömrәlәrini qabaqcadan söylәyәn Bendisyon Alvarado
          ilә әlaqәlәndirirdilәr; nunsiaturanın hәyәtinә izsiz-
          soraqsız itәnlәrini axtaranlar, suda boğulanların meyit -
          lәrini tapanlar, әvvәllәr acından günorta duran, indi isә
          var-dövlәti başından aşanlar gәlirdi. Ardı-arası kәsil -
          mәyәn bu izdiham bir vaxtlar kannibalları qoşalülәylә
          mәhv edәn Uolter Reylicin qәdim tısbağa çanaqlarıyla
          bәzәdilmiş kabinetinin içindәn keçib-gedir, burada oturan
          eritreyalı isә heç kimdәn heç nә soruşmadan, heç bir
          mükalimәyә girişmәdәn, hamıya ifadәsiz üzü ilә qulaq
          asır, yüzlәrlә bәdәnin tәr iyinә, kabinetin havasızlığına
          mәhәl qoymadan, ucuz siqaretlәrini bir-birinә calaya-
          calaya, Bendisyon  Alvaradonun müqәddәsliyinin
          şahidlәrinin dediklәrini diqqәtlә vәrәqlәrә köçürür vә
          danışanların hәr birini ya adını yazmağa, ya hansısa
          işarәylә, yaxud barmağının iziylә imza atmağa mәcbur
          edirdi. “Eynilә sizin kimi, mәnim generalım!” Hәrә öz
          imzasını bacardığı kimi atıb hәmin dәqiqә otaqdan çıxır,
          içәri bayaqkından heç nәyi ilә fәrqlәnmәyәn başqa birisi
          daxil olur vә budur ha, başlanırdı: “Mәni vәrәm tutmuş -
          du, müqәddәs ata!” – “Mәni vәrәm tutmuşdu…” – o biri
          sözünün dalını gәtirәnәcәn eritreyalı yazırdı. “İndi isә
          qulaq asın, görün, necә oxuyuram!” Bir başqası gәlirdi:
          “Mәn kişilikdәn düşmüşdüm, müqәddәs ata! İndi isә
          budur, baxın: sәhәr-axşam bu kökdә dә gәzirәm”. – “Mәn
          kişilikdәn düşmüşdüm…” – eritreyalı silinmәyәn mürәk -  169
          kәblә yazırdı ki, bu yazıları insanlıq tarixinin sonunacan
          heç kim poza bilmәsin. “Mәnim qarnımda diri heyvan
   164   165   166   167   168   169   170   171   172   173   174