Page 174 - Patriarxın payızı
P. 174

yeni-yeni sürprizlәr ortaya çıxarırdı. “Necә bilirsiz,
               mәnim generalım, onu bu uçurumun başında ovlamağın
               vaxtı yetişmәyibmi?  Atının büdrәmәk vaxtı çat ma -
               yıbmı?”
                   Lakin yenә eritreyalının şәxsi tәhlükәsizliyi tәmin
               edilmәklә güdülmәsini davam etdirmәk әmri alındı, öz
           QABRİEL QARSİA MARKES  yaradılması xüsusi ciddiliklә tapşırıldı: “Bunu israrla
               missiyasını yerinә yetirmәk üçün ona tam sәrbәst şәrait

               tәlәb edirәm! Bu mәnim ali istәyimdir, yerinә yetirin!”
               Bu qәrarı vermәklә anlayırdı ki, riskә gedir, anası
               haqqında yaranmış mifi – Bendisyon Alvarado mifini
               tәhlükә altına atır, eritreyalının sәyi ilә uzaq keçmişin
               damğalı xatirәlәrinin oyadılmasına şәrait yaradır, bir
               vaxtlar hәyat eşqi böyük olsa da, cır-cındır içindә,
               ayaqyalın yaşayan, öz bәdәni hesabına dolanan, xoruz
               quyruğunu rәnglәyib tutuquşuların dalına calaya-calaya
                          1
               quakamaya әvәzinә satan, tükü tökülmüş xәstә toyuqları
               hinduşkanın yelpincvarı quyruqlarıy la bәzәyib camaata
               cәnnәt quşu adıyla sırıyan bu yaraşıqlı vә avam qadını
               biabır olmaq tәhlükәsindә qoyur. Mәlum mәsәlәydi ki,
               hәlә o dövrlәrdә belә heç kim bu qadına inanmırdı;
               dumanlı istirahәt günlәri bazarda tәk-tәnha dolaşan,
               quşları birinә yüzcә peso verәnә, az qala, bağışlamağa
               hazır olan bu miskin alverçinin avam bicliyinә kim uyardı
               axı?!. Yaylaq yerlәrindә dә bu sәrsәm dilәnçi qadını,
               demәk olar, hamı yaxşı tanıyırdı, onun kimliyini isә dәqiq
               müәyyәn etmәk olmurdu, çünki xaç suyuna salındığı
               monastırda onun doğum günü barәdә heç bir sәnәd
               tapılmamışdı, onun kilsә şәhadәtnamәsi belә ortaya
               çıxmamışdı; әvәzindә oğlunun birdәn-birә, nә az, nә çox,
               üç şәhadәtnamәsi tapılmışdı – doğum gününü tәsdiq edәn
               üç fakt birdәn vә belә çıxırdı ki, onun oğlunun üç fәrqli
               adı vardı vә әn әsası – bu adlar üç müxtәlif şәraitlәrdә
         174   qoyulmuşdu, belә çıxırdı ki, o, üç dәfә müxtәlif üç tarix -

               1  Quakamaya – qiymәtli tutuquşu növü
   169   170   171   172   173   174   175   176   177   178   179