Page 176 - Patriarxın payızı
P. 176
qoymadı köpәk uşağı?.. Lәnәt şeytana, indi görәrlәr mәn
kimәm!” – deyib hirsindәn sarala-sarala xәbәr gәtirәni
hәdәlәdi; әslinә qalsa isә hansısa agentin onun sözündәn
çıxmasından çox, nә isә vacib, әhәmiyyәtli bir şeyin
ondan gizlәdilmәsinә görә әsәbilәşmişdi. Generalın
şimşәk saçan qәzәbini tez bir zamanda sakitlәşdirmәyә
QABRİEL QARSİA MARKES verәnlәrin nәfәsinә belә diqqәtlә qulaq asır, yalnız әsl
ürәk elәyәnlәr tapıldı. O, hadisә barәdә mәlumat
hәqiqәti bilәnlәrin yalan danışmağa cәsarәt etdiyini yaxşı
anlayırdı. Kimin satqın olub-olmadığını dәqiqlәşdirmәk
üçün, ilk növbәdә, zabitlәrin qarınlarının altındakını
öyrәnmәyә çalışırdı. “Sәn hәmin o adam deyilsәn ki, heç
nә olduğun halda, sәni hәmin heçnәdәn yapıb-düzәlt -
mişәm? Sәn o adam deyilsәn ki, gecәlәr qupquru dö -
şәmәdә ağnayırdın, indi mәnim hesabıma qızıl cıqqalı
çarpayıda yatırsan? Sizi hansı ana doğub?” Onun şәxsәn
imzalayıb üzüyünün möhürüylә qatranladığı teleqramını
kiminsә qulaqardına vurduğunu yaxşı başa düşürdü, odur
ki tәhlükәsizlik tәdbirlәri ilә şәxsәn özü mәşğul olmaq
qәrarına gәldi vә belә bir әmr verdi: “Əmr edirәm: qırx
sәkkiz saat әrzindә Demetrio Aldous diri vәziyyәtdә
yanıma gәtirilsin, ölüsü tapılsa da, yanıma diri gәtiril -
mәlidir vә işdi tapılmasa belә, hüzuruma mütlәq
gәtirilmәlidir!” Əmr o qәdәr aydın vә qorxulu idi ki, elan
olunduğu vaxt başa çatmamış, bir-birinin ardınca
xәbәrlәr gәldi: “Onu dәrәnin dibindәn tapdılar, mәnim
generalım! Hansı möcüzәylәsә bütün yaraları orada bitәn
qızılı çiçәklәrin mәlhәmin dәn sağalıb. Bizdәn diridi,
mәnim generalım, sapsağlam vә zәdәsiz di… bütün
bunlar xatirәsini murdarlamağa cәhd edәn bu adama bir
daha öz xeyirxahlığını, insanpәrvәrliyini göstәrәn
ananızın hәmin o çiçәklәrә şәfa qabiliyyәti verәn sehrli
qüvvәsinin nәticәsidir!” Bu adamı iplә qarğıya sarıyıb
176 seçmә әsgәrlәrin müşayiәti ilә gizli hindu cığırlarıyla
dağlardan aşağı endirdilәr, qabaqda atlı çapır, kilsә
zәnglәri cingildәyә-cingildәyә dörd bir yana xәbәr