Page 181 - Patriarxın payızı
P. 181
PATRİARXIN PAYIZI
tarixsiz mәmlәkәtdә, pәrdәli karetin içindә belә qırx
dәrәcә istisi, doxsan sәkkiz faiz nәmişliyi olan, tozundan
nәfәs tutulan, aradabir qәhvәdan kimi yüngül fit verәn
şişimin ağrısından qovrulduğum bu yerdә, qәbullarda
bircә partiya domino oynamağa adam tapılmayan vә
bütün bu hәqiqәtlәrә inanası bircә insanın olmadığı bu
ölkәdә tәk-tәnha qalım?.. Özünüzü mәnim yerimә qoyun,
müqәddәs ata!” O, güclә sezilәcәk tәrzdә içini çәkib,
iquana kirpiklәrini yüngülcә qırparaq monsenyor
Demetrio Aldousdan xahiş etdi ki, bu söhbәt aralarında
qalsın: “Siz mәnә heç nә demәmisiniz, ata. Mәn hәqiqәti
bilmirәm, oldu?” Demetrio Aldous da söz verdi:
“Əlbәttә, әlahәzrәtlәri, siz hәqiqәti bilmirsiz. Bu söhbәt
öz aramızda qalacaq, kişi sözü verirәm”. Vә belәcә,
Bendisyon Alvaradonun müqәddәslik titulu almasıyla
bağlı iş onun müqәddәsliyini sübut edәcәk faktların azlığı
sәbәbindәn yarımçıq dayandırıldı vә Romanın bu mәsәlә
ilә bağlı qәrarı hökumәtin rәsmi razılığıyla amvondan 1
elan edildi, bu qәrarla, eyni zamanda, ictimai asayişin
qorunmasına, üsyan xarakterli çıxışlara nәzarәt
güclәndirilsә dә, üsyan dәstәsi de Armas meydanın da
kafedral kilsәnin darvazalarının şalbanlarından ocaqlar
qalamağa başlayanda, Apostolik nunsiatura sarayının
mәlәklәr vә cәngavәrlәr tәsvir olunmuş rәngli şüşәlәrini
daşla sındırıb-tökәndә yerli mühafizә qüvvәlәri heç bir
müqavimәt göstәrmәdi. “Onlar hәr yeri dağıdıb sökürlәr,
mәnim generalım!” Prezident öz yellәncәyindә sakit-
sakit yırğalanır, qaşının ucu belә tәrpәnmirdi. “Mo -
nastırları mühasirәyә alıblar, rahiblәri acından öldürmәk
istәyirlәr. Kilsәlәri, missionerlәrin evlәrini yarır, dinә aid
nә varsa, mәhv edirlәr, mәnim generalım!” Yüksәk
rütbәli zabitlәrin hamısı bir nәfәr kimi әmrin yerinә
yetirilmәsindә aciz olduğunu, bu kütlәvi hәyәcanın, qan-
181
1 Amvon – kilsәdә müxtәlif müqәddәs mәtnlәrin vә duaların oxunması üçün
xüsusi yer