Page 184 - Patriarxın payızı
P. 184

әkmәyә öyrәşәn sadә missioner qa dınlar, incә bilәkli
               bakirә-selesiankalar … hamısı da lümlüt anadangәlmә.
                                   1
               Onlara baxdıqca bu adamların sinfi mәnşәyi, sosial
               statusu vә mәşğuliyyәti haqqında fikirlәşmәyә mәcbur
               olurdun; onlar möhtәşәm axınla gömrüyün nәhәng
               binaları arasından, kakao tayları vә qarmağa keçirilmiş
           QABRİEL QARSİA MARKES  keçәrkәn ürkmüş qoyun sürüsünü xatırladırdılar…
               çay balığı qaxaclarıyla dolu çuvalların böyründәn ötüb-


               ventilyatorların pәrlәri yolçu ların saçını dalğalandırır,
               qadınlar döşlәrini әllәriylә örtә-örtә, bir-birinin arxasında
               gizlәnә-gizlәnә, iquana göz lәrinin ifadәsiz baxışlarını
               nizamsız axınla yeriyәn çılpaq qadın bәdәnlәrinә
               zillәyәn, daş heykәltәk donuq qocanın qarşısından
               keçirdilәr... Sonuncu qadın ölkә әrazisindәn çıxana qәdәr
               gedәnlәri o, ifadәsiz üzlә, soyuq baxışlarla müşahidә etdi.
               “Hamısı bir nәfәr kimi rәdd olub getdi, mәnim
               generalım!” General isә gedәnlәrdәn birinin – ürkmüş
               qadınların arasından ani baxışla seçdiyi, başqalarından
               heç nәyi ilә fәrqlәnmәyәn  bir qadının, yaddaşında ilişib-
               qaldığını hiss etdi… Bu, dolu, sağlam bәdәnli, әtli
               yançaqlı, iridöşlü, adi, enlikürәk bir qadın idi… әllәri
               kәlә-kötür, saçları bağban qayçısıyla kәsilmiş, dişlәri
               balta kimi iti vә seyrәk, burnu dik, ayaqlarının altı
               yastıydı; bir sözlә, o birilәr kimi sıravi rahibә. Hәmin
               dәqiqә anladı ki, bu qadın sürüsünün içindәn ürәyi tәk
               bir onu istәyir… bircә o, başını qaldırıb ona tәrәf
               baxmasa da, qarşısından ötüb-keçәndәn sonra öz ardınca
               meşә heyvanının ürәk titrәdәn, kәskin iyini qoyub
               getdi… Bu qoxudan generalın az qaldı nәfәsi kәsilә…
               gözlәrini qıyıb azca çәplәşdirdi ki, qadını bir dә görsün…
               elә bu vaxt gәmiyә minәnlәrin siyahısını oxuyan zabit
               ucadan: “Nasareno Letisiya!” – deyә qışqırdı vә qadın
               kobud kişi sәsiylә: “Burdayam!” – cavab verdi. Bu ad
         184   belәcә içinә hopdu vә hәmin “burdayam”la birlikdә qәbir

               1  Selesianka – şәfqәt bacılarına verilәn titul
   179   180   181   182   183   184   185   186   187   188   189