Page 180 - Patriarxın payızı
P. 180

Onlar adi karetlәrdәn heç nәylә fәrqlәnmәyәn gerbsiz
               karetә oturub, bir vaxtlar dәhşәtli ölümlәr vә nakam
               sevgilәr barәdә, zәhәrli güllәr, istәk öldürәn sirli bitkilәr
               barәdә kitablar satılan, indi isә yalançı tәbәrrüklәr –
               Bendisyon Alvaradonun bәdәninin müxtәlif hissәlәri,
               paltarından qoparılmış tikә-parçalar düzülmüş giriş
           QABRİEL QARSİA MARKES  pәrdәlәrin arasından baxırdılar… Monsenyor Demetrio
               darvazalarının kölgәsindә istirahәt edәn dilәnçi sürüsünә


               Aldous gözünü alver meydanından çәkib istintaqın
               müsbәt nәticәlәri barәdә danışmağa başlayanda
               hәmsöhbәtinin fikrini o dәqiqә tutdu. “Mәn әmin oldum
               ki, bu kasıb adamlar sizi öz hәyatları qәdәr sevir”.
               Hәqiqәtәn dә, axı Demetrio Aldous prezident sarayında
               özünü gözә soxanların, yüksәk dövlәt vәzifәlәrindә
               işlәyәnlәrin hәr cür xәyanәtinin, tamahkarlığının, xәbis
               yaltaqlığının şahidi olmuşdu, kasıbların, dilәnçilәrin, heç
               nәyi olmasa da, öz hökmdarlarından da heç nә ummayan
               adamlarınsa prezidentә sәdaqәtini, mәhәbbәtini gör -
               müşdü?! Bu adamlar, ümumiyyәtlә, heç kimdәn heç nә
               istәmirdilәr, onlar başlarının üstә duran hökmdarı torpaq
               kimi görünәn vә әlçatan olduğuna görә, ona toxuna
               bilәcәklәrinә görә ilahi bir eşqlә sevirdilәr. “Allahın
               özünün paxıllığı tutası bir işdi, әlahәzrәtlәri!” Lakin
               әlahәzrәtin, bu etirafı eşidәndәn sonra da qaşının ucu belә
               tәrpәnmәdi, halbuki ayrı vaxt olsaydı, ürәyi gizli sevinclә
               şirin-şirin gizildәyәr, içini çәkib hәyәcanını boğa-boğa
               fikirlәşәrdi: “Sizsә istәyirdiniz ki, mәni heç kim
               sevmәsin, müqәddәs ata, әlәlxüsus da indi, buralardan
               gedib uydurma dünyanızın qızıl qüllәlәri altında mәnim
               bu biabırçı vәziyyәtimdәn vә әlәmimdәn hәzz alacağınız
               bir vaxtda… İstәyirdiniz ki, mәn burada – üstümә
               yıxdığınız hәqiqәt yükünün dәrdini bölә bilәcәk qayğıkeş
               ananın olmadığı, öz istәyimlә seçmәdiyim qadından
         180   doğulmağımla qazandığım bu mәmlәkәtdә, әsrlәrdәn bәri
               olduğu kimi qalan, mәnasız mәnzәrәli, nәcis iyli, inanıl -
               maz şeylәrin razılığım olmadan adıma yazıldığı bu
   175   176   177   178   179   180   181   182   183   184   185