Page 179 - Patriarxın payızı
P. 179

PATRİARXIN PAYIZI

          zaman, ananızın cәnazәsi önün dәn keçәn sonsuz izdiham
          dәhşәtli dәrәcәdә aldadılmışdı; mәrhumәnin nәşi ona
          görә dәyişilmәz qalmamışdı ki, bu bәdәn, camaata izah
          olunduğu kimi, müqәddәs idi, yaxud oğlunun xatirinә
          dәrisi mum vә kosmetikayla örtül müşdü, ona görә ki bu
          meyit, sadәcә, tәbiәt muzey lәrindәki heyvan müqәvvaları
          kimi, adi qaydada içinә saman tәpilmiş müqәvva idi…”
          – “Aha!” – o dedi vә dәrhal bütün bu deyilәnlәri öz
          gözlәriylә gördü… “Mәn şüşә sәrdabәnin qapağını
          açanda qara matәm lentlәri nәfәsimdәn ovulub-töküldü…
          portağal çiçәklәrindәn hörülüb başına taxılmış çәlәngi
          çıxaranda isә baxdım ki, at tükü kimi möhkәm saçlarının,
          demәk olar, hamısını tәbәrrük kimi satmaq üçün
          kökündәn qoparıblar… onda sәni qucağıma aldım, ana,
          qurumuş sümüklәrini duva ğının cırıq-sökük parçaları ilә
          birgә götürdüm… sәn günün altında qurudulmuş
          balqabaq kimi yüpyüngül idin, bәdәnindәn köhnә sandıq
          iyi gәlirdi… mәn sәnin içindә nәyinsә vurnuxduğunu
          eşidir vә düşünürdüm ki, ruhunun pıçıltılarıdı, sәn demә,
          bu, iti dişlәri ilә sәni içindәn oyan güvәlәr idi… odur ki
          uzun müddәt sәni qucağımdan yerә qoymadım, çünki elә
          әllәrimdәcә ovulub dağılırdın, hissә-hissә sökülürdün…
          axı bütün içalatın ovulub çıxa rılmışdı… әllәri sinәsindә
          yatan xoşbәxt ananın bәdә nindәn әsәr-әlamәt qalma -
          mışdı… bәdәninin olub-qalan narın toz dumanı әllәrimin
          içindәcә fosforlu qığılcımlar ata-ata külә döndü, qoyulma
          şüşә gözlәrinsә döşәmәyә dığırlanıb qürubçağı kilsәnin
          al-qırmızı işığa bürünәn mәrmәr döşәmәsi boyu birә kimi
          oyan-buyana atıldılar… sәn heçnәyә çevrilmişdin… ana
          ovuntusuna, ana tozuna dönmüşdün, ana vә әsgәrlәr bu
          tozu bellәrlә yığıb tabutun içinә tökürdülәr”.
             Bütün bunlardan sonra da zalımın donuq üzünün
          әzәlәsi belә tәrpәnmәdi, bu hadisәlәr baş verәn zaman
          olduğu kimi,  bu dünyada onu gerçәklik aynasıyla üzbәüz  179
          qoyan yeganә adamla tәkbәtәk qalanda da iquana gözünә
          bәnzәr hәrәkәtsiz gözlәrindә heç bir ifadә yaranmadı.
   174   175   176   177   178   179   180   181   182   183   184