Page 177 - Patriarxın payızı
P. 177
PATRİARXIN PAYIZI
yayırdı ki, әlahәzrәtin istәyi yerinә yetirildi, Demetrio
Aldous diri qayıtdı. Onu prezident sarayına gәtirib
sәhiyyә nazirinin şәxsi nәzarәti altında, hörmәtli qonaqlar
üçün ayrılmış yataq otağında yerlәşdirdilәr ki, orada öz
missiyasını başa çatdıra bilsin – hәr biri üç yüz әlli sәhifә
olacaq yeddi qorxulu cildi hazırlayıb qurtarsın: “Mәn
Demetrio Aldous, Allahın әmri ilә, Müqәddәs ritual
konqreqatının auditoru, prokuror vә postulator, bu ilin
aprel ayının on dördüncü günü, Yer üzündә әdalәtin
bәrpası vә Allahın varlığı naminә imza atır vә imzamı öz
möhürümlә tәsdiq edәrәk bildirirәm ki, burada
yazılanların hamısı hәqiqәtdir, hәqiqәt vә yalnız
hәqiqәtdir”. “Budur, baxın, әlahәzrәtlәri!” Vә doğrudan
da, hәr biri surğucla möhürlәnmiş Bibliyayabәnzәr bu
yeddi iri cilddә yazılanların hamısı hәqiqәt idi; bu aydın
vә qәddar hәqiqәtlәri, hәsir kreslosunda oturub üzünü
şlyapası ilә yellәyә-yellәyә oxunanlara qulaq asan, hәr
öldürücü hәqiqәtdәn sonra güclә eşidilәcәk sәslә “aha”
deyәn daşsifәtli, donuq qocaya yalnız әsәblәri tam sakit
adam oxuya bilәrdi. “Aha” deyә şlyapasıyla naharın
qalıqlarına yığışan aprel milçәklәrini qovan general
bәzәn kösöv kimi yandırıcı hәqiqәti hәqiqәt dalınca
udmalı olurdu. “Hamısı uydurmadı, әlahәzrәtlәri, gülmәli
bir mәzhәkәdi…” O isә deyilәnlәrә dinmәzcә qulaq asır,
yenә sakitcә “aha” – deyirdi, çünki, әslinә qalanda, bu
yazılanlar, doğrudan, mәzhәkә, tamaşanın müәllifi – özü
dә bilmәdәn, generalın özü idi. Anasının meyitinin
ümumxalq tamaşasına çıxarılmasından tutmuş diri-diri
çürümәsi barәdә yayılan söz-söhbәtә birdәfәlik son qo -
yul masınacan, yaxud tabutun buz qırıqlarıyla doldurulub
oba-oba gәzdirilmәsi tamaşa, sirk deyildimi? Yaxud
anasının ölәndәn sonra yaratdığı möcüzәlәrdәn xәbәr
tutarkәn meyiti tәntәnәli izdihamın müşayiәti ilә ölkәnin
dindәn-imandan uzaq, ucqar yerlәrinә gön dәrmәsi… Ona 177
bircә şey lazım idi: hamı başa düşsün ki, bütün bu uzun-