Page 178 - Patriarxın payızı
P. 178

uzadı tәhqiramiz illәrdәn sonra anasına müqәddәslik
               verilib vә bu müqәddәslik ona әzablı gәnclik illәrinin –
               min bir әziyyәt vә zәhmәtlә quş quyruqlarını rәnglәdiyi
               illәrinin, o fani günlәrinin әvәzinә verilib. “Mәnim
               ağlıma belә gәlmәzdi ki, hәmin matәm izdihamından
               camaatı aldatmaq üçün istifadә edәcәklәr!” Sәn demә, elә
           QABRİEL QARSİA MARKES  şey ondan başladı ki, suçiçәyi çıxaranların yaraları
               birinci gündәn izdihamı yalan müşayiәt edirmiş… Hәr

               camaatın gözü qarşısında birdәn-birә yox olub
               tәmizlәndi: mәlum mәsәlәydi ki, pulun hesabına; sonra
               iki yüz pesoya bir adam qәbirdәn xortladı – izdihamın
               gözü qarşısında ağzı torpaqla dolu, vahimәli cır-cındır
               içindә yerin içindәn çıxdı; sonra bütün bu möcüzәlәrin
               dövlәt dairәlәrinin fırıldağı olduğunu deyәn qaraçı qadına
               sәkkiz yüz peso verdilәr ki, dediyi o qәlәtә görә cәza
               әlamәti olaraq camaatın gözü qarşısında ikibaşlı uşaq
               doğsun. Bircә nәfәr dә pul almayan möcüzә şahidi
               tapılmadı vә әn başlıcası bu idi ki, bütün bunların
               mәrhumәnin oğluna yaltaqlıqdan savayı, ayrı bir şey
               olmadığını Demetrio Aldous hәlә araşdırmanın әvvәlindә
               yәqin etmişdi. “Xeyr, әlahәzrәtlәri, hamısı әyanlarınızın
               murdar fırıldaqlarıdı!” Bu onun hakimiyyәti dövründә
               baş verәn әn әxlaqsız, әn dinsiz-imansız, әn gözәçarpan
               fırıldaq idi. “Çünki bütün bu möcüzәlәri düzüb-qoşanlar,
               pullu şahidlәr yığanlar sizin rejimin әn sәdaqәtli
               ardıcıllarıydı, әlahәzrәtlәri!” – “Aha!” “İzdihamı apa -
               ranlar da onlar olub, Bendisyon Alvaradonun paltarının
               tikәlәrini camaata müqәddәs tәbәrrük kimi satanlar da...” –
               “Aha!” “Ananızın üzü tәsvir olunmuş ikonaların, profili
               hәkk olunan medalların istehsalını da onlar açmışdı…” –
               “Aha!” “Ananızın saçlarını satıb varla nanlar da onlar
               idi…” – “Aha!” “…tabutunun suyunu satanlar da…” –
               “Aha!” “Mәrhumәnin bәdәninin yeri kәlә-kötür rәnglәrlә
         178   hәkk edilmiş döşәkağıla rı satanlar da… Bu döşәkağıları,
               bir әldәn yüz-yüz hindu bazar larında altdan satırdılar…” –
               “Aha!” “Tabut kilsәnin baş kürsüsündә qoyulduğu
   173   174   175   176   177   178   179   180   181   182   183