Page 182 - Patriarxın payızı
P. 182
qırğının qarşısını ala bilmәdiyini boynuna almayınca o
heç bir tәdbir görmәdi – tәbii güllәrdәn hörülmüş talvarın
kölgәsindә laqeyd üzlә yellәncәyindә yellәnә-yellәnә
oturub qaldı. Yalnız kütlәvi etirafdan sonra yellәncәkdәn
qalxıb uzun ayların düşüncәlәrinә qәrq olduğundan girә
bilmәdiyi kabinetinә sarı addımladı, orada xalqın yekdil
QABRİEL QARSİA MARKES barәdә qәrar qәbul etdi vә bu qәrarı silahlı qüvvәlәri
rәyini ifadә etmәk mәsuliyyәtini öz üzәrinә götürmәk
xәbәrdar etmәdәn, nazirlәrlә mәslәhәtlәşmәdәn dekretdә
әks etdirdi. Dekretin birinci maddәsindә azad vә suveren
xalqın ali istәyi ilә Bendisyon Alvaradonun vәtәndaş
müqәddәsliyi elan olunur, ona Millәtin Himayәdarı,
Əzabkeşlәr Şәfadarı, Quşların Mürәbbiyәsi titulları
verilir, doğulduğu gün milli bayram elan edilirdi. İkinci
maddәdә bu dekretin qüvvәyә mindiyi gündәn etibarәn
Vatikan dövlәtinә, bütün qayda-qanuna, hüquq nor -
malarına vә beynәlxalq konvensiyalara әsaslanan müd -
dәalara müharibә elan olunurdu. Üçüncü maddәdә cәnab
yepiskopun tәcili surәtdә ölkәdәn çıxarılması, o biri
yepiskopların, apostolik prefektlәrin, gәlmә kahin vә
rahibәlәrin, ümumiyyәtlә, din xadimlәrinin, kilsә işlәriylә
hәr hansı әlaqәsi olan yerli vә gәlmә adamların qovul -
ması qәrara alınırdı. Bu adamlara ölkәnin әrazisindә
olmaq, yaxud hәr hansı bәhanәylә әrazi sularına әlli dәniz
milindәn artıq yaxınlaşmaq qәti qadağan edilirdi. Vә
nәhayәt, dördüncü maddә bütün kilsә әmlakının müsadirә
edilmәsini nәzәrdә tuturdu. Mәbәdlәr vә monastırlar,
onların nәzdindәki mәktәblәr, әkin sahәlәri, әmәk
alәtlәri, mal-qara, kilsәlәrә mәxsus şәkәr zavodları,
fabriklәr, emalatxanalar, bir sözlә, din xadimlәrinin
ayağına yazılan, әslindә isә kilsә mülkiyyәti sayılan hәr
şey müsadirә olunurdu. Bütün bunlar dekret ictimaiyyәtә
çatdırılandan, ucadan oxunandan vә ali hökmdarın möhü -
182 rüylә tәsdiq edilәndәn sonra Bendisyon Alvaradonun vә
onun quşlarının ölümündәn sonrakı әmlakı elan edilirdi.
“Tabe olun vә әmәl edin!”