Page 187 - Patriarxın payızı
P. 187
PATRİARXIN PAYIZI
belә cә, bakir qalmaq qorxusu başqa qorxulara üstün
gәlmiş vә o, әynindәki pal-paltarı soyunmadan, qayışlı,
corablı, yüklü, silahlı vәziyyәtdә özünü çaya atmış,
üstündәki silah-sursatla çayın ortasında sәs-küy
qoparmışdı. Qadın әvvәl elә zәnn elәmişdi ki, bu, yolu
çaydan keçәn hansısa atlıdı, amma görәndә ki bu, qorxaq,
yazıq bir kişidi, әlini rәhmlә ona uzatmış, qaranlıq
sükutun içiylә öz ardınca apara-apara, geriyә qanrılıb ana
nәvazişi ilә: “Çiynimdәn bәrk yapış, yoxsa su aparar sәni.
Özü dә barmaqlarının ucunda dayanma, dizi üstә çök,
rahat nәfәs al, yoxsa boğularsan”, – demişdi. O isә
qadının dediklәrini uşaq kimi yerinә yetirә-yetirә: “Anam
mәnim Bendisyon Alvarado, – fikirlәşmişdi, – bu
qadınlara özlәrini nә vaxt necә aparmağı, kişilәrlә kişi
kimi davranmağı kim öyrәdib?” Bu fikirlәrdә ikәn qadın
onun әynindәkilәri – döyüş üçün zәruri olsa da, su
axınıyla әzablı mübarizәdә ona mane olan әşyaları
soyundurmuşdu… su xirtdәyinә çatsa belә, bu dәhşәtdәn
onu qadının qatranlı sabun iyi verәn bәdәni xilas etmişdi,
sonra isә… onun şalvarının düymәlәrini açarkәn, qadının
әli, qәfildәn, suyun içindә üfürülmüş qurbağa kimi üzәn
yekә bir şeyә dәymişdi vә o, vahimәdәn az qala ürәyi
dayanacaqmış kimi, әlini vahimә içindә geriyә çәkәrәk:
“Get ananın yanına, qoy sәni ayrısına dәyişsin, yoxsa bu
vәziyyәtdә heç nәyә yaramırsan!” – deyib aralanmışdı…
Letisiya Nasarenonun çılpaq bәdәnini görәndә o, yenә
hәmin qorxunu, bәlkә, ondan da betәrini yaşamış vә başa
düşmüşdü ki, bu qadının mәrhәmәti, kömәyi olmadan
onun sirli sularının qoynuna heç cür baş vura bilmәyә -
cәyini anlamışdı... bu rәhmdil kömәyin intiza rında
qadının üstünü döşәkağıyla örtüb qrammafonu işә salmış,
onun üçün Delqadinanın lәnәtlәnmiş bәdbәxt mәhәbbәt
haqqında mahnısını val yeyilәnәdәk oxutdurmuşdu…
Letisiya Nasarenonun yataq otağındakı gül vazalarına o 187
sәbәbdәn parçadan düzәldilmiş süni güllәr qoymağı әmr
etmişdi ki, tәbii güllәr qadının bircә toxunuşun dan