Page 192 - Patriarxın payızı
P. 192
tutur, bütün müәyyәnliklәr qeyri-müәyyәnliyә çevrilir,
cümlәlәr müdrik uzaqgörәnliklә müşayiәt olu nurdu.
“Mәndәn sonra dünyada nә baş verәcәyini fikir lәşmәk –
ölümün özü qәdәr qaranlıq mәsәlәdi! Sizin nәyinizә
lazımdı axı?.. Nәdәn belә narahatsınız? Mәn başı mı yerә
qoyan kimi siyasәtçilәr yığışıb bu andır ölkәni bir vaxt
QABRİEL QARSİA MARKES mәrasiminә keşişlәr dә tökülüşüb gәlәcәk, dövlәtlilәr dә
böldüklәri kimi bölәcәklәr! Bax görәrsiz, bu bölüşmә
özlәrini yetirәcәk vә hәr şeyi çapıb-talayacaqlar.
Kasıblarasa yenә heç nә çatmayacaq, onların güzәranı
әvvәlkindәn dә pis olacaq. O bәdbәxtlәrin taleyi belәdi,
nәcisә beşcә qәpik verәn tapılаrsa, bu adamlar yаnçаqsız
doğulmağa başlayacaqlar! Elә dә olacaq, görәcәksiz!”
Sonra kiminsә оnun şan-şöhrәtli vaxtlarında dediyi
kәlamı – оnu rişxәndlә әlә sala-sаlа, gülә-gülә dеdiyi
sözlәri misal gәtirib dеyirdi ki, оnu ölümündәn sonra
Yerusәlimdә peyğәmbәrin mәqbәrәsiylә yanaşı
yerlәşdirmәyә zәhmәt çәkmәsinlәr, çünki cәmi üçcә gün
ölü qalacaq. “Bir dә bütün bu söhbәtlәr cәfәngiyyatdır.
Sizә bu gün ağlasığmaz görünәn mәsәlәlәr, gün gәlәcәk,
hәyata keçәcәk. Mәn әbәdiyәm!”
Hәqiqәtәn dә, hәmin vaxtlar onun kimliyi vә taleyi
ilә bağlı mәsәlәlәrә о sәbәbdәn heç kim şübhә ilә
yanaşmırdı ki, bunlаrlа bаğlı heç nәyi sübut etmәk
mümkün olmadığı kimi, heç nәyi rәdd etmәk dә olmurdu.
Biz hәtta dәqiq bilmirdik ki, bu onun bәdәnidi, yoxsa
yox. Biz vәtәnimiz haqqında çox az şeydәn xәbәrdar idik –
generalın tarixindәn savayı, аyrı bir tarix bilmirdik, onun
öz istәyinә uyğun yaratdığı Kainat ölçülәrini, zamanın
özünü belә istәdiyi şәkildә axmağa mәcbur etdiyi
vәtәndәn başqa, аyrı bir vәtәn tanımırdıq. Tarixin bu
sәhifәlәri ölkәnin mәnzәrәsiylә birlikdә, onun xatirәlәr
çeşmәsindә, yaddaşının dumanlı, ucqar döngәsindә
192 parlayıb yox olurdu; o bu xatirәlәrlә sarayın içindә –
alçaqlığın hәmişәlik yuva saldığı, xoşbәxtlik qığılcımının
bircә dәfә bеlә çırtlamadığı dәhlizlәrlә mәqsәdsiz-filansız