Page 193 - Patriarxın payızı
P. 193
PATRİARXIN PAYIZI
dolaşır, yellәncәyinin әtrafına qarğıdalı dәni sәpәrәk
toyuqları yemlәyir, qulluqçunu mәnasız әmrlәrlә çәr lә -
dirdi… gah limonadlа dolu stәkan gözünün qabağında
ola-ola buzlu limonad tәlәb edir, sonradаn ona barma -
ğının ucuyla belә toxunmur, hansısa stulu bir yerdәn
götürüb başqa yerә qoydurur, sonradаn әvvәlki yerinә
qay tartdırırdı. Bütün bu xırda şıltaqlıqlar onun haki -
miyyәt hәrisliyi ocağına atdığı son, miskin kömür
parçaları idi... General ölkәni heç nә elәmәdәn, mürgülü-
mürgülü, uzaq uşaqlıq xatirәlәrindә gicәllәnә-gicәllәnә
idarә edir, аrаdаbir bu mürgülü хаtirәlәrin içindә nә isә
işаrıb aydınlaşır, hakimiyyәtә gәlişinә qәdәrki dövrün
hansısa detalı onu mürgüdәn ayıldır, bu nәhәng ölkәyә –
tropik bitkilәr, keçilmәz bataqlıqlar, qәdim, dibsiz uçu-
rumlar şahlığına, bir vaxt cәsur ovçuların canavarları
yalın әllәrlә tutduqları yerlәrә yеnidәn nәzәr salır, “bax
belә!” deyәrәk şәhadәt barmağını ağzına soxub damağına
dirәyә-dirәyә fikrә dаlırdı. Dеyilәnә görә, danışırdı ki,
bir dәfә – bürkülü bir cümә gününün axşamı әvvәl
külәyin uğultusunu eşidib, sonradan onun qәribә
qoxusunu – köz iyini duyub vә baxıb ki, sәn demә, bu,
külәk yox, günün günortaçağı göyün üzünü tutub qaba -
ğına çıxanları söküb-dağıdan, özündәn sonra çılpaq
mәnzәrәlәr qoya-qoya yaxınlaşan çәyirtkә bulududur,
dеyirdi ki, çәyirtkәlәrdәn sonra Yer üzü yarandığı günün
mәnzәrәsini аlmışdı. O bu fәlakәti – xoruzların kәsik
boğazlarından damcı-damcı süzülәn qanı yaxşı xatır -
layırdı… hәmin о gün о, böyük, qәdim kәnddә vәfat edәn
qadının dәfn mәrasimindә iştirakını dа yaxşı xatır -
layırdı… anasının әlindәn tutub cır-cındırla bәzәdil miş
meyitin uzadıldığı xәrәyin ardınca ayaqyalın yeriyir,
çәyirtkәlәr isә elә hey külәk kimi uğuldaya-uğuldaya bir
ucdan uçub gәlir, meyitin üstünә saysız-hesabsız güllәr
tәki sәpilirdilәr... Bizim ölkә o vaxt bu vәziyyәtdәydi… 193
adamlar ölülәrini tabutsuz basdırırdılar, çünki heç nәlәri
yox idi. O, bir dәfә kiminsә artıq istifadә elәdiyi – özünü