Page 189 - Patriarxın payızı
P. 189

PATRİARXIN PAYIZI

          toqqalarınızla döşümü kәsәrsiz”. Qoca üstündәkilәri
          soyunmağa macal tapmamış Letisiya ardını tәlәb elәdi:
          “Mahmızınızı açın, general, yoxsa ulduzları topuqlarımı
          cızar! Cibinizdәki açarları da çıxarın, böyrümü deşir”. O
          da qılınclı qınını çıxarmaq qәrarına gәlmәsinә üç ay vaxt
          getdiyinә baxmayaraq qadının tәlәblәrini yerinә yetirirdi.
          “Bunlar mәni boğur, general!” Bir ay da frençi soyun -
          mağına getdi. “Bu düymәlәr adamın lap ürәyini cızır,
          general!” Bu, Letisiya tәrәfindәn bilәrәkdәn uzadılan,
          qocanı qәzәblәndirmәdәn, qarşılıqlı güzәştlәr üzәrindә
          qurulan uzunmüddәtli, çәtin vә soyuq müharibә idi ki,
          sonunda – Letisiyanın oğurlanmasının üçüncü ildönü -
          mündә, axır ki, onların arasında nә isә baş verdisә dә, heç
          biri baş verәnin nә olduğunu anlaya bilmәdi… belә ki,
          adi gecәlәrin birindә onun tale xәtlәri olmayan yumşaq
          ovucları rahibәnin hansısa gizli qadın simlәrinә toxundu
          vә Letisiya yuxudan ehtirasdan titrәyә-titrәyә ayıldı…
          bәdәninә zәli kimi sarılan vәhşi heyvanı özündәn uzaq -
          laşdırmağı ağlına belә gәtirmәdi, yalnız yazıq sәslә:
          “Uzunboğazlarını soyun, yoxsa holland döşәkağıları mı
          bulayarsan”, – dedi, qoca uzunboğazlarını soyunanda isә
          ardını gәtirdi: “Şalvarını da soyun, qurşağını çıxar… hәr
          şeyini soyun, yoxsa sәni hiss elәmirәm, hәyatım mәnim!”
          Vә general birdәn-birә özünü bir vaxt monastırın
          darvazası ağzında, әtirşah güllәrinin sayrışan yarpaqları
          önündә doğulanda olduğu kimi, tam azad hiss etdi…
          sonra özündә duyduğu döyüş öküzü gücüylә hәr şeyi
          bircә hәmlәyә alt-üst edәrәk Letisiya Nasarenonun
          dişlәrinin gәmi dorunun cırıltısına bәnzәr sәsi eşidilәn
          sükut uçurumunun dibinә yıxılıb üzüqoylu qaldı...
          “Nasareno Letisiya!..” – “Burdayam!” “…vә qadın
          saçlarım dan ikiәlli yapışdı ki, hәmin dibsiz burulğanda
          mәnim kimi tәk-tәnha ölüb-itmәsin…”  lakin qoca,
          Letisiyanı hәmin o burulğanda tәk-tәnha qoyub unutdu…   189
          özünü fırtlığının uzun-uzadı, sulu sapları arasında tәk-
          tәnha dolaşa-dolaşa, sarsıntıdan üzülә-üzülә, göz
   184   185   186   187   188   189   190   191   192   193   194