Page 190 - Patriarxın payızı
P. 190
yaşlarının şor sularında axtardı..: “Anam mәnim, Ben -
disyon Alvarado, bu boyda uzun ömrü, belә bir şirin
iztirabı dadmadan necә yaşamaq olardı?..” O gün o az
qala bağırsaqlarınacan işlәyәn anlaşılmaz, әzablı-şirin
ağrılardan başını itirә-itirә, bütün vücudunu titrәdәn bu
qızdırmanın nә olduğunu, niyә özünü bu cür – başı
QABRİEL QARSİA MARKES yorğan-döşәyin holland döşәkağılarını bulayan şәffaf
kәsilmiş heyvan kimi hiss etdiyini, bu şәffaf örtüklü
cövhәrin nә olduğunu, nәhayәt, hәmin bu şәffaf yağışlı
gün nә baş verdiyini, büllur havaya niyә birdәn-birә
üfunәt yayıldığını başa düşmәdәn ağlayırdı...
…Axşamayaxın biz saraydan iylәnmiş inәk
cәmdәklәrini yığışdırdıq, bu fantastik xarabalıqda, cüzi
dә olsa, sahmana oxşar nә isә yarada bildiksә dә, tap -
dığımız meyiti müvafiq vәziyyәtә – әfsanәvi hökmdar
hаlınа salmağa qabiliyyәtimiz çatmadı… meyitin dәrisini
balıqtәmizlәyәn bıçaqla qaşıdıq, dәniz dibinә qәrq оlаn
bаtmış gәmilәrin üstünü örtәn mamır qatına bәnzәr, bu
sürüşkәn örtüyü birtәhәr soyub çıхаrdıq, bundаn sonra
onu qatranla yağlayıb duzlu mәhlulda yuduq ki, çürümә
lәkәlәri yoxa çıxsın; qriflәrin meyitin sifәtindә oyub
açdığı dәlmә-deşiklәrә doldurulmuş mumun üstünü quru
nişastayla pudraladıq, yanaqlarına çәhrayı boya, do -
daqlarına pomada çәkib üzünә hәyat rәngi verdik, içiboş
göz oyuqlarına şüşә gözlәr taxdıqsa da, cәsәddә ümum -
xalq nümayişinә çıxarılmaq üçün zәruri olan hökm dar
siması yarada bilmәdik. Bir yandan mәh kәmәlәr gedir,
işlәr oxunur, dövlәt şurasının iclas zalında әsrlik despo-
tizmin qalıqlarına qarşı mübarizәyә, ümumxalq birliyinә,
mәrhumun cаynаğındаn salamat çıxan mülkiyyәtin –
dünәnәcәn qorxunc qocanın toxunulmaz әmlakı sayılan
hәr şeyin sәrbәst şәkildә bölünmәsinә sәslәyәn şüarlar
eşidilirdi. Onun ölüm xәbәri inadla gizlәdilmәsinә bax-
190 mayaraq fаntаstik bir sürәtlә, göz qırpımında ölkәnin
dörd bir tәrәfinә yayıldı, bir vaxt vәtәnindәn didәrgin
düşәnlәr geri qаyıtdı; uzunmüddәtli sürgün illәrindә