Page 194 - Patriarxın payızı
P. 194

asdığı iplә başqa birisinin özünü asdığının da şahidi
               olmuşdu. Bir dәfә isә kәnd meydanının tәn ortasında
               bitәn ağacın budağından asılı vәziyyәtdә qalan bu ip artıq
               çürüdüyündәn növbәti adamın intihar cәhdindәn sonra
               qırılıb-düşmüş, özünü asan bәdbәxt yerә yıxılıb kilsәyә
               yollanan qadınların gözü qarşısında çәnә ata-ata çırpın -
           QABRİEL QARSİA MARKES  vә yazığı intiharа cәhdinin sәbәbiylә maraqlanmadan,
               mağa, qadınları qorxutmağa başlamışdı... о ölmә-mişdi


               dәyәnәklә döyә-döyә ayağa qalxmağa mәcbur etmişdilәr.
               Kim idisә, qәrib adam idi. Qәrib dә o adam sayılırdı ki,
               yerli kilsәyә gәlәnlәr onu tanımasınlar. Hә, demәk, onu
               dәyәnәklә döyә-döyә ayağa qaldırmışdılar, ayaqlarına
               Çin qandalları vurub qızmar günәşin altına, yeddi külәyin
               qovşağına, özü kimi bәdbәxtlәrin arasına atmışdılar.
               “Hәmin illәr vәziyyәt belәydi.  Allahın qüdrәtinin
               dövlәtinkindәn üstün olduğu o vaxtlar hal-qәziyyә bu cür
               idi!”
                   Hakimiyyәtә gәlәn gündәn o, bütün kәnd meydan -
               larındakı ağacları kökündәn kәsmәk әmrini vermişdi ki,
               asılmış adamlar bazar günlәri camaatı qorxutmasın, Çin
               qandallarının tахılmаsıylа bаğlı ictimai işgәncәlәri lәğv
               etdirmişdi, tabutsuz dәfnlәrә, bir sözlә, onun haki -
               miyyәtinә qәdәrki dövrlәri xatırladan hәr bir şеyә qadağa
               qoymuşdu, dağlara dәmir yolu çәkdirmişdi ki, heyvәrә
               qatırların ucbatından törәnәn qәzaların qarşısı birdәfәlik
               alınsın, qәhvә plantasiyalarında kеçirilәn bal-maskaradlar
               üçün otuz qatırın belindә otuz royal göndәrilәndә baş
               verәn bәdbәxt hadisә bir dә tәkrarlanmasın. Hәmin о
               qәza haqqında xaricdә dә çox yazır vә danışırdılar, amma
               hadisәnin әsl mahiyyәtini ondan savayı heç kim bilmirdi.
               О sәbәbdәn ki, hadisә baş verәn zaman bircә o, tәsadüfәn
               pәncәrәdәn boylanаrаkәn, qarlı zirvәnin kәnarında
               büdrәyib bir-birinin ardınca uçurumun dibinә yuvarlanan
               qatırları görmüşdü. Bunu tәkcә o görmüşdü, uçurumun
         194   dibinә yumbаlаnаn qatırların dәhşәtli kişnәrtisini,
               royalın, qatır karvanının süqutunu müşayiәt edәn, göy gu-
   189   190   191   192   193   194   195   196   197   198   199