Page 199 - Patriarxın payızı
P. 199

PATRİARXIN PAYIZI

          ödәnildi. Müsadirә olunmuş әmlak – bütün mülkiyyәt
          kilsәyә qaytarıldı, vәtәndaş kәbinlәri vә boşanmalar
          haqqında, mәktәbin kilsәdәn ayrılması haqqında qanunlar
          lәğv edildi, Bendisyon Alvaradonun müqәddәslәr sırasına
          daxil edilmәsinә etiraza cavab olaraq qәbul edilmiş bütün
          qәrarlar qüvvәdәn salındı, Allah ona rәhmәt elәsin!”
             “Sәnә daha nә lazımdı?” Letisiya Nasarenoya isә hәlә
          çox şey lazım idi, odur ki günlәrin bir günü qocaya:
          “Qulağını qarnıma qoy, – dedi, – gör qarnımda böyüyәn
          uşaq nә sәslәr çıxarır”. Qadın özü dә içindәn, bәtnindәn,
          dölәtrafı bol suların qoynunda yırğalanan canın sәsindәn
          qorxub diksindi: “Sәnin qanındı…” – dеdi vә qoca daha
          yaxşı eşidәn qulağını onun qarnına söykәyib körpәnin
          ürәk döyüntülәrinә qulаq аsdı. “Bu bizim günahın
          övladıdı, – qadın söylәdi, – günah dolu sevgimizin öv -
          ladı, bizim oğlumuz, “Emmanuel” adlanacaq oğlumuz…
          Bu, müqәddәs addır. Оnun alnında mәnsub olduğu әsil-
          nәcabәtin işarәsi parlayacaq, о, anasından fәdakarlığı,
          atasından böyüklüyü mәnimsәyәcәk, atası kimi, taleyin
          hökmüylә, bütün canlı alәmin rәhbәri, aparıcı qüvvәsi
          olacaq. Lakin atası bu vaxta qәdәrki qadağalı sevişmә,
          kafirlik sayılan bu әlaqәni müqәddәs mehrabın önündә
          qanunilәşdirmәsә, uşaq göylәr tәrәfindәn lәnәtlәnib bic
          doğulanlar sırasında öz vәtәnindәcә gözdәn salınacaq!”
          General yatağın naxışlı örtüyünü kәnara atıb ayağa
          qalxdı, nәfәsi gәmi sobası kimi uğuldaya-uğuldaya,
          qәzәblә: “Heç vaxt! – dеyә çığırdı. – Ölәrәm, evlәn -
          mәrәm!” – dedi vә yekә ayaqlarını döşәmә boyu sürüyüb
          xışıldada-xışıldada, günü-gündәn yadlaşan sarayın
          Bendisyon Alvaradonun rәsmi matәminin uzun gecә -
          sindәn sonra xüsusi ecazkarlıqla şövqlәnәn zallarından
          ötüb gözdәn itdi. Matәm pәrdәlәri pәncәrәlәrdәn
          açılmışdı deyә otaqlar günәşin gur işığınа bürünmüşdü…
          dәnizin nәfәsi içәri dolmuş, eyvanlarda güllәr açmışdı.  199
          Çöldәn hәrbi marşın sәsi eşidilirdi; bütün bunlar оnun
          vermәdiyi әmrin şәrәfinә idi; general bеlә bir әmri
   194   195   196   197   198   199   200   201   202   203   204