Page 203 - Patriarxın payızı
P. 203

PATRİARXIN PAYIZI

          diviziya generalı tәyin edildi. “Onu xaç suyuna salın,
          müqәddәs ata!”
             Bu qәribә hadisә qәdәmini qoyan yеni dövrün mü -
          qәddimәsinә çevrildi, dәhşәtli, ağır illәrin başlanğıcı
          oldu. O dövrlәr camaatın yadında hәlә sәhәrin gözü
          açılmamışdan küçәlәrin xüsusi kardonlarla dövrәyә
          alınmasıyla qalmışdı… ordu bazar alverçilәrini tüfәng -
          lәrin qun da ğıyla o baş-bu başa qova-qova hay-küy salıb
          camaatın gözünün odunu alırdılar ki, hamı pәncәrәlәrini
          kip bağlasın, heç kim küçәlәrdәn güllә kimi ötәn,
          qapılarının dәstәyi qızıldan olan limuzini görmәsin.
          Damlarda, bacalarda, hansısa tәsadüf üzündәn gizlәnib
          oğrun-oğrun aşağı boylanmаğа fürsәt tapanlarsa
          küçәlәrdәn yel kimi vıyıldayan dövlәt mаşınını – prezi-
          dentin şәxsi limuzinini, maşının içindә – başında
          kәnarları güllü fetr şlyapa, boğazında bir düjün tülkü
          dәrisi ilә оturаn balacaboy rahibәni görürdülәr…
          Görmәmişin oğlu oldu, günorta çıraq yandırdı!
             Biz hәr çәrşәnbә sәhәr tezdәn bazarın girәcәyindә
          maşından düşüb, balaca generalın әlindәn tutaraq, bir
          dәstә әsgәrin müşayiәti ilә bazara girәn Letisiyanı
          görürdük; o zaman uşağın üç yaşı ancaq olardı, hәm dә
          uşaq o qәdәr arıq vә çәlimsiz idi ki, oğlandan çox, qızılı
          saplarla işlәnmiş hәrbi mundirli qıza oxşayırdı. Mundir
          uşağın әyninә elә kip otururdu, elә bil elә mundirdә
          doğulmuşdu; bu mundiri о, diş yeri tәzә-tәzә yarılandan
          bәri – Letisiya onu arabada, atasını tәmsil etdiyi rәsmi
          mәrasimlәrә gәtirәn vахtlаrdаn, anasının qucağında
          otura-otura öz ordusuna tamaşa elәmәyә başlayandan
          geyirdi; bu forma hәndbol oyunlarının sonunda camaatın
          gәnc generalın şәrәfinә alqışları altında, anasının әllәri
          üstә göylәrә qaldırıldığı vaxtlardan onun әynindә idi; bu
          formada o, milli bayram münasibәtilә keçirilәn paradda
          üstüaçıq avtomobildә oturub anasının döşünü әmirdi.     203
          Letisiya süddәn şişmiş döşünә buzov kimi tәpilәn körpә
          generalı çoxmәnalı baxışlarla süzәrәk bir-birinә göz
   198   199   200   201   202   203   204   205   206   207   208