Page 205 - Patriarxın payızı
P. 205

PATRİARXIN PAYIZI

          ticarәt limanına, Martinikadan gül-çiçәk, Paramaribodan
          zәncәfil gәtirәn nахışlı yеlkәnli gәmilәrә soxulub оnlаrı
          tar-mar edir, qabaqlarına çıxan hәr kәsi talayır, gözlәrinә
          dәyәn hәr şeyi basqınla әlә keçirirdilәr. Balıqçıların
          ovunu әllәrindәn alır, hәtta satlıq donuzlara yem әvәzi
          verilәn tullantı balıqları belә qamarlayırdılar; donuzları
          tüfәngin qundağıyla döyür, Nuh әyyamından qalan, lakin
          hәlә dә işlәyәn tәrәzilәrin yanına yığılmış tullantı bal ıq -
          ları da yığışdırırdılar; hәmin bu tәrәzidә onun ha kimiy -
          yәtinә qәdәrki qәdim dövrlәrdә Seneqaldan gәtirilәn,
          ilahi gözәlliyә malik qul qadınlar vә onların ağırlığında
          qızıl çәkilirdi. “Onlar hәr şeyi söküb talan etdilәr, mәnim
          generalım! Çәyirtkәdәn dә qorxulu hәşәratdılar!” Qoca
          hәmin çәrşәnbәdәn sonra günbәgün yetişib sulana-sulana
          növbәsini gözlәyәn bu söhbәtin üstünü açmadı; bu
          söhbәtin üstü o biri çәrşәnbәdәn sonra da açılmadı,
          Letisiya şәxsәn onun cәsarәt edә bilmә dik lәrini edәndәn
          sonra da. Bu qadın boynundakı tülkünün parıldayan
          gözlәrinә hürәn bir sürü küçә itinin müşayiәti ilә özünü
          quş vә tәrәvәz satılan piştaxtaların arasına salır,
          hürüşmәyә mәhәl qoymadan әdalı yerişiylә ticarәt zalının
          nәhәng arakәsmәlәrindә, bәdii tәsvirlәrlә işlәnmiş dәmir
          sütunların arasıylа, sarı şüşәdәn tökülmüş iri yarpaqlı
          dәmir budaqların, çәhrayı şüşәdәn tökülmüş yekә alma -
          ların, mavi şüşәdәn tökülmüş, içi әfsanәvi bitki sәltә -
          nәtiylә dolu bolluq buynuzlarının altında gәzmәyә davam
          edirdi. O әn şirәli, yemәli meyvәlәri, әn tәzә, tәravәtli
          tәrәvәzlәri seçib-götürürdüsә dә, әli dәyәn meyvә еlә
          hәmin аn tәzәliyini, tәravәtini, gözәlliyini itirib solurdu;
          bu onun әlinin qәribә, namәlum xüsusiyyәti idi –
          toxunduğu hәr şeyi korlayıb mәhv etmәk... оnun ani
          toxu nuşundan tәzә, isti çörәk quruyub kiflәnir, barmağınа
          kеçirdiyi nişan üzüyünün qızılı qaralırdı. Lakin bu
          xüsusiyyәtini heç cür boynuna almaq istәmir, bazar      205
          alverçilәriylә mübahisә edib hay-küy salırdı ki, guya
          onlar tәzә mallarını gizlәdib, оnа qәsdәn pislәrini, çü -
   200   201   202   203   204   205   206   207   208   209   210