Page 208 - Patriarxın payızı
P. 208
mәtә göndәrilmәsi bәhanәsiylә aradan çıxırdı. Bu, pul
hаqq-hesabının Allahın özünә tәqdim olunmasına bәnzәr
bir şey idi, çünki artıq çoxdan bәri ölkәdә bir kimsә dәqiq
bilmirdi ki, bu tәrәflәrdә, ümumiyyәtlә, dövlәt adında nә
isә var, yа yox.
…Biz de Armas meydanının qarşısındakı tәpәlikdәn
QABRİEL QARSİA MARKES sәslәndirildiyi, naxışlı pәrdәli pәncәrәlәri vә gül vaza -
qala divarlarını, hökumәt evinin bir vaxtlаr tarixi nitqlәrin
larıyla mәşhur eyvanını görürdük. Gecәlәr bu bina göy
üzündә üzәn gәmiyә bәnzәyirdi vә nәinki şәhәrin
istәnilәn tәrәfindәn, yeddi millik dәniz mәsafәsindәn dә
görünürdü; bu bina, әsasәn, mәşhur şair Ruben Darionun
ölkәyә gәlişi münasibәtilә ağ boyayla rәnglәnib dörd bir
yanından şar kimi dәyirmi fәnәrlәrlә işıqlandırılandan
bәri gözә çarpmağa başlamışdı. Lakin bütün bunlar da
cәm halda bizi prezidentin hәmin bu hökumәt evindә,
hәmin bu ağ divarların arasında yaşadığına inandıra
bilmirdi, әksinә, әlimizdә dәqiq әsasımız vardı, belә
güman edәk ki, bunların hamısı, vur-tut, gözdәn pәrdә
asmaq, qocalıqdan mistisizm alәminә qәrq olmuş, bu
sәbәbdәn ictimai tәdbirlәrdәn, әylәncәlәrdәn uzaqlaşаrаq
1
özünә epitimya cәzаsı kәsmiş prezidentin ömrünün son
günlәrindә bütün qabiliyyәtlәri ni itirdiyini gizlәtmәsi,
ruhunu dәrviş libаsıyla оvundurаrаq canını yüz cür dәmir
avadanlıqlarla rahatlaması barәdә gәzәn söz-söhbәtlәrә
son qoymaq mәqsәdilә hәrb maşınının düzәltdiyi tamaşa
idi. Hәm dә danışırdılar ki, o tәkcә qara çörәk vә quyu
suyu ilә dolanır, yataq ehtiyaclarını Biskay monastır -
larının dindаr libаslı çılpaq xidmәtçilәri ödәyir; deyir -
dilәr, o belәcә, zorla cinsi әlaqәyә girdiyi bir qadına görә,
bircә Allahın kömәyi ilә hәlә bütün ali ordenlәri ala
bilmәmiş bu rahibәnin ondan uşaq doğmağının günahını
yuyanacan bu vәziyyәtdә dә qalacaq. Lakin bütün bu söz-
208 söhbәtlәr söhbәt olaraq da qalır, hәr şey әvvәlki qaydada –
1 Epitimya – dini cәza (uzun ibadәtlәr, pәhriz)