Page 212 - Patriarxın payızı
P. 212
altındakı bağ stolunun arxasında üçlükdә nahar edirdilәr.
Nahar vaxtı o, uşaqla üzbәüz otururdu, Letisiya isә
böyürdә әylәşib hәr ikisinә gözәl әdаlаr, yemәyin bәdәnә
daha çox fayda vermәsi üçün xüsusi qәbul qaydalarını
öyrәdirdi; onlara stol arxasında düzgün vәziyyәtdә –
kürәyi stulun söykә nәcәyinә söykәyib oturmağı, çәngәli
QABRİEL QARSİA MARKES başını dik tutaraq ağzını açmadan on beş dәfә bir
sol, bıçağı sağ әldә tutmağı, tikәni düzgün çeynәmәyi –
ovurdunda, on beş dәfә o biri ovurdunda çeynәmәyi
öyrәdirdi vә әrinin aradabir bütün bunların kazarma
intizamına oxşadığını demәsinә qәtiyyәn mәhәl
qoymurdu. Nahardan sonra Letisiya onu rәsmi dövlәt
xәbәrlәrini – xüsusi tәsisçisi vә fәxri redaktoru şәxsәn
özü olduğu qәzeti oxumağa mәcbur edirdi. Qadın bu
qәzeti ona nahardan sonra, pationun nәhәng artırmasında,
kölgәdәki yellәncәkdә uzanıb mürgülәmәk istәdiyi
vaxtlarda oxutdururdu. “Dövlәt başçısı dünyada baş
verәn bütün hadisәlәrdәn xәbәrdar olmalıdı”, – dеyib
qızıl sağanaqlı eynәyini onun burnuna taxır vә prezidenti
öz xәbәrçisinin şişirdilmiş, sulu cümlәlәrlә dolu
sәhifәlәrinә yollayırdı. Qadın oğlunun idmanıyla dа
mәşğul olur, оnа monastırda öyrәndiyi top-top oyununu
öyrәdir, әlahәzrәt isә belә mәqamlarda, qәzetlәrdә nәşr
olunmuş qәdim fotoşәkillәrini nәzәrdәn keçirirdi. Bu
şәkillәr o qәdәr köhnәydi ki, çoxunda özünә oxşamırdı,
elә bil nә vaxtsa, lap çoxdan onun әvәzinә ölmüş
әkiztayının şәkillәri idi. Kometanın gәlişindәn bu yana
bircә iclas keçirmәsә dә, ötәn çәrşәnbә Nazirlәr Şurasının
iclasında sәdrlik etdiyi zaman çәkilәn şәklinә baxır,
burnunu az qala sәtirlәrә dirәyәrәk yüksәk rütbәli
nazirlәrin onun adından dеdiyi aforizmlәr vә tarixi
fikirlәrlә tanış olur, sonra tutqun avqust gününün isti -
sindәn üzülә-üzülә: “Bu nә zay qәzetdi, lәnәt şeytana! Bu
212 yazıq camaat bunu necә oxuyur?” – deyib siestanın
boğanaq havasında yuxuya gedir, hәr belә mәnаsız
qiraәtdәn beynindә, azca da olsa, nә isә qalırdı vә hәmin