Page 217 - Patriarxın payızı
P. 217

PATRİARXIN PAYIZI

          müşdülәr, külәk dә hаmısını trapesiyaqarışıq dәnizә
          salmışdı. Bu dәlisov qasırğa göyәrtәsindә, sonradan
          Ruben Dario adı ilә mәşhurlaşan gәnc şair Feliks Ruben
          Qarsia Sarmentonun gәldiyi banandaşıyan gәmini dә az
          qala batıracaqdı; gәmi yalnız qasırğa dayanandan düz bir
          saat sonra bizim limana daxil ola bildi.
             Günorta saat dörd olardı ki, qasırğanın tәzәlәdiyi hava
          cücülәrin şәn vızıltısıyla dolmuş, dәniz sakitlәşmişdi…
          Əlahәzrәt öz yataq otağının pәncәrәsindәn boylanıb
          qasırğanın çalxalayаrаq sağ böyrü üstә yıxdığı vә indi
          heysiz-heysiz limanın qızılı, hamar sularında yırğаlаnаn
          ağ gәmini gördü; kapitan sükanın arxasında dayanmışdı
          vә gәminin geriyә yön almasına şәxsәn özü rәhbәrlik
          edirdi; kapitanın yanında әynindә tünd mahud gödәkcә
          vә ikibortlu jilet olan sәrnişin dаyаnmışdı. Bu adam
          haqqında general növbәti bazar gününәdәk heç nә
          eşitmәmişdi, bazar günü isә Letisiya Nasareno әrindәn
          ağlasığmaz bir şey xahiş elәmişdi: “İstәyirәm, bu axşam
          Milli Teatra – poeziya gecәsinә gedәk!” O, Letisiya ilә
          bu poeziya gecәsinә getmәyә razılıq vermişdi. Hәmin
          axşam biz prezidenti düz üç saat havasız zalın istisindәn
          tәr tökә-tökә, ayaq üstә, tәdbirdәn bir neçә dәqiqә әvvәl
          mәcburәn әynimizә geydirilәn parad kostyumlarında
          boğula-boğula gözlәdik. Vә nәhayәt, milli himn sәslәndi
          vә biz tafta paltarının üstündәn boynuna qara tülkü dәrisi
          salmış, başında buruq lәlәkli şlyapa, dolubәdәnli rahi -
          bәnin göründüyü dövlәt lojasına sarı çönüb әl çаlmаğа
          bаşlаdıq; alqışlara mәhәl qoymayan qadın general
          mundiri geymiş uşağını yanında oturtdu, oğlan isә zanbaq
          rәnginә çalan әlcәyini çıxarıb camaata әl elәdi; anasına
          görә, qәdim vaxtların şahzadәlәri camaatı bu cür
          salamlayırmış. Hökumәt lojasında daha heç kim gözә
          dәymirdi, lakin prezident orаdaydı, biz onun gözәgö -
          rünmәz iştirakını – dinc qәlbimizin sakitliyini poeziyanın  217
          üsyankar havasından qoruyan insanın iştirakını hiss
          edirdik… Аxı bizim sevgi hissimizin ölçüsünü, ümu -
   212   213   214   215   216   217   218   219   220   221   222