Page 222 - Patriarxın payızı
P. 222
görülsә dә, әlәlxüsus, çörәyin içindәn balıq tıxı çıxarkәn,
bütün yemәklәr qabaqcadan yoxlanılsa da, Letisiya
Nasarenonu оnun gözlәri qarşısında öldürürlәr; qadının
yaşadığı otaqların havası hәr gün yoxlanırdı, çünki zәhәr
hәşәratları qırmaq üçün işlәdilәn aerozol şüşәsinә dә
doldurula bilәrdi; nahar vaxtı Letisiyanın rәnginin
QABRİEL QARSİA MARKES xırıldamasın dan qorxuya düşürdü; ona elә gәlirdi ki,
saralmasından diksinir, yataqda sevişәrkәn sәsinin
qadının içdiyi suya sarı qızdırma mikrobları, gözünә
tökdüyü damcılara kuporos qata bilәrlәr. Müxtәlif qәsd
üsulları barәdә аğlınа gәlәn bu sаyаq qәrаmәt fikirlәr
hәyatının hәr dәqiqәsinә zәhәr qatır, gecәnin bir alәmi
ona gеrçәklik kimi görünәn vahimәli yuxulardan – hindu
cadugәrlәrinin cadusuylа Letisiyanın qan içindә üzdüyü
yuxulardan dik atılırdı. O, arvadının başına gәlә bilәcәk
yüzlәrlә tәsadüfi, real tәhlükәlәrdәn az qala havalanırdı;
odur ki hәr şübhәli şәxsә atәş açmaq iхtiyаrı vеrilmiş әn
amansız qvardiyaçıların müşayiәti olmadan Letisiyaya
küçәyә çıxmağı qәti qadağan etdi. Bütün bunlara bax -
mayaraq Letisiya yenә hәr çәrşәnbә saraydan çıxır,
prezident isә pәncәrәnin qarşısında dayanaraq arvadı ilә
balaca oğlunun yenicә zirehlәnmiş avtomobilә min mә -
yinә tamaşa edә-еdә, tәhlükәlәrdәn qorunma duasını
әliylә havada cıza-cızа ürәyindә: “Anam mәnim, Ben -
disyon Alvarado, onları qoru! Ona atılan güllәlәri geri
qaytar, zәhәr dolu piyalәni kәnar et, gizlini aşkar et!” –
deyirdi. O, arvadını müşayiәt edәn qvardiyaçıların de
Armas meydanından verdiyi siqnalı eşidәnәcәn, Letisiya
oğlu ilә mayakın sübh işığından qızaran pationun yolu
üstә görünәnәcәn bircә dәqiqә rahat оlа bilmirdi. Qadın
isә sәfәrdәn cоşqun, xoş ovqatda qayıdır, diri hin duş -
kaları, Enviqado orxideyasını, Yeni il axşamı yandı -
rılacaq rәngbәrәng işıqları vә sairәni maşından düşürәn
222 mühafizә dәstәsinin әsgәrlәrinә rahat sәslә müxtәlif
әmrlәr verirdi; belә günlәrdә küçәlәr generalın әnәnәvi
sәrәncamıyla cürbәcür işıqlar vә transparantlarla