Page 224 - Patriarxın payızı
P. 224

әt parçalarına çevrildi vә bütün bunlar bazar camaatının
               gözü önündә – yüzlәrlә adamın qarşısında baş verdi;
               bәzilәrinin sifәti dәhşәtdәn әyilmişdi, bәzilәri intiqam
               hissiylә alışıb-yanan gözlәrinin sevincini gizlәdә bilmir,
               digәrlәri ürәkağrısıyla ağlayırdı; çox keçmәdi ki, bu qanlı
               tamaşa sona yetdi vә hamı yerdә Letisiyadan qalan fetr
           QABRİEL QARSİA MARKES  qan sıçramış, dәhşәtdәn yerlәrindә donub-qalmış göyәr -
               bәnövşәlәrlә bәzәdilmiş şlyapasını gördü… üst-başlarına


               tisatan arvadlar sәssizcә: “İlahi,  generalın razılığı
               olmasaydı, belә bir şey heç vaxt bаş vеrmәzdi!” – deyib
               içlәrini çәkdilәr. Bu mәnzәrә qanlı tәrәvәzlәrin arasından
               yalnız çılpаq sümüklәri yığıb-yığışdırmağa macal tapan
               prezident qvardiyasının biabırçı gücsüz lüyünü göstәrdi.
               “Tәkcә ağappaq sümüklәr, mәnim gene ralım!” Düzdür,
               sümüklәrdәn savayı, uşağın medalları, oyuncaq hökm -
               darın balaca qılıncı, Letisiya Nasarenonun hаnsısа
               sәbәbdәn bazardan bir mil aralıda – liman sularının
               qoynunda üzәn tumac ayaqqabıları, rәngbәrәng şüşәlәr -
               dәn yığılmış muncuğu vә zireh parçasından düzәldilmiş
               pul kisәsi dә tapıldı. “Bu әşyaları sizә tәqdim edirik,
               mәnim generalım, hәm dә bax bu üç açarı, qaralmış qızıl
               nişan üzüyünü vә bu әlli sentavonu – beş onluq senta -
               vonu. Buyurun, sayın, xahiş edirik! Bunlardan savayı,
               orda heç nә tapılmadı!” Əgәr o bilsәydi ki, cәmi bir neçә
               ildәn sonra hәmin bu taleyüklü çәrşәnbәdә baş verәnlәri
               unudacaq, bu faciәnin onun üçün bir qara qәpik әhә -
               miyyәti olmazdı, amma qоcа o gecә sәhәri qәzәbdәn
               hönkürә-hönkürә, adamyeyәn itlәrin әtürpәrdәn ulartısı
               аltındа açdı… О, uzun müddәt bu itlәrә hansı cәzanı
               verәcәyini qәrarlaşdıra bilmәdi, çünki belә hesab edirdi
               ki, itlәrin öldürülmәsi – Letisiyayla uşağın tәkrar öldürül -
               mәsidi, çünki onlar hәlә ki bu heyvanların qarnındadırlar.
               Bunun әvәzinә о, tәrәvәz bazarının dәmir pavilyonunu
         224   söküb yerindә sәhlәb çiçәklәri әkilmiş bağ salmağı, bağın
               ortasında mәrmәr xaç ucaltmağı әmr etdi; xaç mayakdan
               hündür vә parlaq olmalıydı ki, gәlәcәk nәsillәr generalın
   219   220   221   222   223   224   225   226   227   228   229