Page 229 - Patriarxın payızı
P. 229

PATRİARXIN PAYIZI

          seybanın altında оnа bu dәhşәtli faciәni sakit, dözümlә
          qarşıladığına görә guya generalitetin xalqlа fәxr etdiyini
          bildirmişdi: “Hәr yerdә sakitlik vә әmin-аmаnlıq hökm
          sürür”. Onda prezident yüngülcә gülümsünüb: “Axmaq-
          axmaq danışmayın, dostum! – demişdi. – Elә әn pisi dә
          odur ki, sakitlik vә әmin-amanlıqdı! Demәli, bu bәdbәxt
          hаdisәnin insаnlara zәrrә qәdәr dә tәsiri olmayıb!” Hәmin
          günlәr о, bütün qәzetlәri sәtirbәsәtir, soldan-sağa, sağ -
          dan-sola oxuyur, оrаdа rәsmi xәbәrlәrdәn savayı, yаzılаn
          daha nәlәrisә tapmağa çalışır, rәdioqәbuledicini yanına
          qoydururdu ki, bircә vacib xәbәri belә ötürmәsin. Vә
          nәhayәt, günlәrin bir günü arzusuna çatdı:  Verakrus
          radiosundan tutmuş Riobamba radiosunacan xәbәr verildi
          ki, milli tәhlükәsizlik xidmәti sui-qәsd tәşkilatçılarının
          izinә düşüb. Vә о: “Bәs necә, kәrtәnkәlә uşağı!” – dеyә
          öz-özünә, dodaqaltı pıçıldаdı… xәbәrin ardı belә gәlirdi
          ki, tәşkilatçılar şәhәrkәnarı fahişәxanaların birindә,
          minomyotdan atәş açılan binada aşkar edilib. “Bax belә, –
          dәrindәn nәfәs dәrdi, – yazıq insanlar!” Vә sonra yenә
          donuq sifәtiylә fikrindәn keçәnlәri azacıq da olsa üzünә
          buraxmadan tor yellәncәyindә uzanıb-qaldı vә öz-özünә:
          “Anam mәnim, Bendisyon Alvarado, sәn mәni intiqam
          аlmаq üçün qoru, әlimdәn tut, mәnә ilham ver!” – dedi.
          Anasının onun yalvarışlarını eşidib, xahişini yerinә
          yetirәcәyinә o qәdәr arxayın idi ki, tez bir zamanda özünü
          әlә alıb dәrd-qәm yükünü, axır ki, bir kәnara ata bildi.
          Bunu bаş vеrәnlәr bаrәdә ona hesabat tәqdim еtmәk üçün
          baş qәrargahdan gәlәn ictimai asayişә mәsul milli
          tәhlükәsizlik zabitlәri hәmin dәqiqә hiss etdilәr. “Mәnim
          generalım, sui-qәsdin tәşkilatçılarının üçü ictimai
          asayişin mühafizә dәstәlәri ilә atışmada öldürüldü, ikisi
          hәbs edilәrәk San-Xeronimo kameralarında yerlәş -
          dirildi!”  Tor yellәncәyindә oturub meyvә şirәsi içәn
          prezident: “Aha” – dedi vә sәrrast atıcı әli ilә hamıya  229
          meyvә şirәsi süzdü. “…O, hәmişәkindәn daha müdrik,
          daha hәssas idi. О qәdәr hәssas vә diqqәtcil idi ki,
   224   225   226   227   228   229   230   231   232   233   234