Page 230 - Patriarxın payızı
P. 230

ürәyimizdәn keçәnlәri dәrhal hiss edib bizә siqaret
               çәkmәyә icazә verdi. Bu, nә isә, ağlasığmaz bir şey idi…
               vәzifә başında siqaret çәkmәyә icazә vermәk!” “Bu
               ağacın altında hamımız bәrabәrik”, – o dedi vә bazarda
               baş verәn hadisәnin necә tәşkil olunması vә hәyata
               keçirilmәsi barәdә, Şotlandiyadan ayrı-ayrı partiyalarla
           QABRİEL QARSİA MARKES  iyirmi ikisinin müxtәlif sәbәblәrdәn ölmәsi barәdә, qalan
               sәksәn iki ov itinin gәtirilmәsi barәdә, bu sәksәn iki itin


               altmışının cinayәt mәqsәdilә tәkcә Letisiya Nasarenonun
               boynundakı tülkü dәrisinә yox, Letisiyanın özünә vә
               uşağına qısqırdılması üçün xüsusi tәlim keçmәsi barәdә
               охunаn әtraflı mәruzәni sakitcә dinlәdi. “İtlәrә bax, bu
               әşyaları iylәdiblәr, mәnim generalım! Onlara saray
               camaşırxanalarından oğurlan mış bu şeylәri – Letisiya
               Nasarenonun korsajını, bax bu yaylığı, bu corabları,
               uşağın bu mundirini iylәdiblәr, mәnim generalım! Bu
               әşyalar sizә tanışdı?” O, tәqdim edilәn әşyalara
               baxmadan, sakitcә: “Aha!” – dedi vә diqqәtlә izahatın
               ardına qulaq asdı: “Hәmin bu altmış itә hürmәk lazım
               gәlmәyәndә susmağı dа öyrәdiblәr, onları insan әtinә
               dadandırıblar, mәnim generalım, Allahın işığına hәsrәt
               qoyub bağlı saxlayıblar, onlara bir neçә il, paytaxtdan
               yeddi mil aralıdakı baxımsız çin fermasında tәlim
               keçiblәr. О fermada Letisiya Nasarenonun vә uşağın
               boyu ölçüsündә, onların paltarlаrı geyindirilmiş
               müqәvvalar tapılıb. Bundan savayı, itlәrә bu portretlәri
               vә qәzet fotoşәkillәri ni göstәrәrәk uşağı vә Letisiyanı
               üzdәn tanımağı öyrәdib lәr”, – deyә hәrbçilәr sәhifәlәrinә
               şәkillәr yapışdırılmış albomu göstәrdilәr ki, prezident
               görülәn işin dәyәrini аnlаsın. “Hәrә öz xidmәti borcunu
               yerinә yetirir, mәnim generalım!” O isә yenә onlara
               baxmadan bircә öz “aha”sını dedi vә bu mәqаm zabitlәr
               söhbәtin әn vacib yerini açdılar: guman var ki,
         230   tәşkilatçılar özbaşına hәrәkәt etmәyiblәr, bunlаr mәrkәzi
               xaricdә yerlәşәn hansısa gizli tәşkilatın agentlәri olublar.
               “Bu onların emblemidi, әlahәzrәtlәri!” Zabitlәr bunu
   225   226   227   228   229   230   231   232   233   234   235