Page 232 - Patriarxın payızı
P. 232
qoyunun taleyindәn narahat olan Roma papasının göstә -
rişiylә qәbuluna can atan nunsiylә görüşdәn imtina etdi,
bütün ölkәnin onun susmasından narahat olub tәlaşa
düşmәsi barәdә xәbәrlәrә, uzaqdan eşidilәn güllәbaranın
sәsinә dinmәz-söylәmәz qulaq asdı. “On bir ölü, sәksәn
iki yaralı var, mәnim generalım, gәmi tamam yararsız
QABRİEL QARSİA MARKES girәcәyindә alovlanan tonqala baxa-baxa: “Yaxşı”, –
vәziyyәtdәdir!” О, yataq otağının pәncәrәsin dәn, limanın
dedi. Bu, San-Xeronimo hәrbi bazasında ölüm cәzası
kәsilmiş qardaşlarlа bаğlı hökmün icrası gözlәnilәn son
gecәnin başlanğıcı idi. Hәmin dәqiqәlәr о onların
fotoşәklindә gördüyü üzlәrini – eyni qaşları, bir cüt su
damlasıtәk bir-birinә bәnzәyәn sifәtlәrini tәsәvvürünә
gәtirdi… qardaşların qorxudan titrәyәn bәdәnlәrini, tәn -
ha, kömәksiz üzlәrini, nömrә yazılmış lövhәciklәr asılan
boğazlarını, ölümә mәhkumlar kamerasının fasilәsiz, gur
işığı altında tәsәvvürünә gәtirdi vә hiss etdi ki, onların da
fikri bu dәqiqә prezidentә yönәlib, hiss etdi ki, qardaşlar
әfv edilәcәklәrinә ümid bәslәyir, Allaha yalvarırlar…
Hәmin gün оnun nә edәcәyini bircә hәrәkәtin dәn belә
müәyyәnlәşdirmәk olmurdu, о hәmin günü adi iş günü
kimi, hәmişәki qaydada başa vurdu… yataq otağının
qapısı ağzında prezidentin hәr аn qәbul edә bilәcәyi yeni
qәrarını ictimaiyyәtә çatdırmaq üçün gözlәyәn növbәtçi
zabitlә görüşüb üzünә baxmadan, etinasız halda:
“Gecәniz xeyrә qalsın, kapitan”, – dedi vә lampasını
qırmağa keçirdi, üç qıfılı, üç kilidi bağladı, üç zәnciri
çәkib üzüüstә döşәmәyә uzandı vә hökmün qәddar -
lığından nәfәsini içinә çәkib qaralan şәhәrin küçәlәrindә
sanitar maşınlarının sirenasını, hәyәtlәrdә hürüşәn it
sәslәrini, hansısa şübhәli bayram şәnliklәrindә atılan
fişәnglәrin vә musiqinin sәsini dinlәyә-dinlәyә hәssas bir
yuxuya getdi… vә gecәnin bir alәmi kilsә zәnglәrinin
cingiltisinә yuxudan oyandı… sonra bu cingiltiyә ikinci
232 dәfә oyandı… üçüncü dәfә isә pәncәrәlәrin şüşәlәrini,
dә mir çәrçivәlәrini cırmaqlayan yağışın sәsinә ayıldı vә