Page 231 - Patriarxın payızı
P. 231

PATRİARXIN PAYIZI

          dеyib gizli tәşkilatçıların emblemini – qaz lәlәyi ilә
          çarpazlanmış xәncәr emblemini göstәrdilәr vә o da yеnә:
          “Aha!” – dedi. Mәruzә edәnlәr bildirdilәr ki, bütün
          tәşkilatçılar әvvәlki cinayәtlәrinә görә әdalәt mәhkәmәsi
          orqanlarından gizlәnәn adamlardı. Dаhа sоnrа ona bu
          adamların polis mәntәqәlәrin dәn yığılan cürbәcür
          fotoşәkillәri yapışdırılmış albomu göstәrdilәr: “Bax bu
          üçü öldürülüb, bu ikisi isә hәbs edilib, San-Xeronimonun
          zirzәmilәrindә saxlanılır, mәnim generalım! Onların
          sonrakı taleyi barәdә qәrarı siz vermәlisiz! Bu adamlar
          iyirmi sәkkiz vә iyirmi üç yaşlı Maurisio vә Qumaro
          Ponse de Leon qardaşlarıdır – biri silahlı qüvvәlәrin
          sıralarından qaçıb, daimi yaşayış yeri yoxdur, heç yerdә
          işlәmir, o biri kәnd mәktәbindә dulusçuluqdan dәrs
          deyirmiş. Bu adamı görәndә о itlәr sevincdәn quy -
          ruqlarını bulаyır, bütün davranışlarıyla ona öz sәda -
          qәtlәrini göstәrirdilәr vә bizcә, bu hәmin şәxsin günahkar
          olmasına şәksiz sübutdur, mәnim generalım!”
             O bu sözdәn sonra da öz “aha”sını dedi, üstәlik,
          istintaqı aparan üç zabitin şәninә tәrif demәyi dә
          unutmadı vә onları “Vәtәnә sәdaqәtli әsgәr xidmәti”
          medalı ilә tәltif etdi. Medallаrı zabitlәrә şәxsәn özü
          tәqdim etdi vә elә tәqdimat mәrasimindәcә Maurisio vә
          Qumaro Ponse de Leon qardaşlarına güllәlәnmә hökmü
          kәsәcәk hәrbi mәhkәmәni yaratdı: “Əmr, әlahәzrәt fikrini
          dәyişmәzsә, elan olunduğu dәqiqәdәn qırx sәkkiz saat
          sonra yerinә yetirilmәlidir!”
             Bütün bu qırx sәkkiz saatı о, dәrin fikirlәr içindә, әfv
          barәdә dünyanın dörd bir sәmtindәn axıb-gәlәn
          yalvarışlara kar vәziyyәtdә tor yellәncәyindә tәk-tәnha
          uzana-uzana qaldı. Radioda Millәtlәr Birliyindә gеdәn
          mәnasız çәrәnlәmәlәrә, bәzi ölkәlәrdәn unvanına
          yağdırılan söyüşlәrә, digәrlәrindәn tәriflәnib müdafiә
          edilmәsinә qulaq asdı, sonra nazirlәrini qәbul edib әfvlә  231
          bаğlı dеyilәnlәri dә, qәti qәrar qәbul edilmәsini tәlәb
          edәnlәri dә eyni diqqәtlә dinlәdi, yolunu azmış iki
   226   227   228   229   230   231   232   233   234   235   236