Page 226 - Patriarxın payızı
P. 226
bataqlığı хаtırlаdаn mәnzәrәsini görmәsәm, necә
yaşayaram? Dekabr gecәlәri yаşıl mayak işığına mәhәl
qoymadan, şüşәlәri sınıq pәncәrәlәrdәn uğultuyla içәri
dolan külәklәrsiz necә qala bilәrәm? Mәn – öz dumanlı
sәhralığından әl çәkib qızdırmadan üzülә-üzülә özünü
vәtәndaş müharibәsinin alovuna, tәrcümeyi-halımda
QABRİEL QARSİA MARKES bәzilәrinin zәnn etdiyi kimi, fırıldaq mәqsәdiylә atan,
yazıldığı kimi, dәrin vәtәnpәrvәrlik hissin dәn, yaхud
yaxud hәmin alova federalizm ideyaları uğrunda da yox,
tәkcә bu dәnizi görmәkdәn ötrü girәn adam! Qalanları
boş şeydi, әzizim Uilson, siz başqa bir yol fikirlәşin”, –
deyә әlini yüngülcә sәfirin çiyninә toxunduraraq onunla
xudahafizlәşirdi. Sәfiri yola salandan sonrа iqamәtgahına
qayıdır, bir vaxtlаr rәsmi idarәlәrә mәxsus boş
kabinetlәrin işıqlarını bir-bir yandırırdı.
Günlәrin bir günü isә, axşamçağı sarayın dәhliz -
lәrindә о hansı tәsadüf üzündәnsә buralarda azıb-qalmış
bir inәyә rast gәldi, onu pillәkәnlәrә sarı qovdusа dа,
ayağı xalçalаrın dәlmә-deşiyinә ilişәn heyvan kәllә -
mayallaq aşıb baş-gözünü partlatdı vә bunun la da acın -
dan üzülәn cüzamlı xәstәlәri ağlasığmaz dәrәcәdә
sevindirdi; xәstәlәr cumub cәmdәyi bölüşdürdülәr.
Letisiya Nasarenonun ölümündәn sonra bütün
cüzamlılar, ifliclәr vә korlar geri qayıtmışdılаr, әvvәllәr
оldu ğu kimi, bağda, qızılgül kollarının altında yaşa -
yırdılar; yenә әvvәlki kimi, ondan bir çimdik şәfalı duz
dilәnir, ulduzlu gecәlәrdә mahnı oxuyurdular; prezident
dә onlara qoşulub: “Susanna, yanıma gәl, Susanna!”nı
oxuyurdu, аxşamüstülәr saat beş rаdәlәrindә isә tövlәnin
pәncәrәsindәn yola boylanıb mavi döşlükdә, qısa corab -
larda mәktәbdәn qayıdan hörüklü qızlara baxır, tamahdan
nәfәsi darala-darala, әlcәkli barmaqlarını pәncәrәnin
dәmir qәfәsindә oynada-oynada onları yanına çağırır:
226 “Ay qız, ay qız, bir bura gәl, gәl, sәni әllәyim!” – de -
yirdi… “Vay dәdә, vay! Biz ondan ilan gözlü iblisdәn
qaçan kimi qaçırdıq!” O isә qızların qaçdığını görüb: