Page 225 - Patriarxın payızı
P. 225
PATRİARXIN PAYIZI
özünün abidә sökülmәmişdәn çox-çox әvvәl unutduğu
bu tarixi qadını unutmasınlar. Bu abidәni adi gecәlәrin
birindә partlatdılar vә bu partlayış heç kimi tәәccüb -
lәndirmәdi; sәhlәb çiçәklәrini isә donuzlar yedi; bağ
durğun vә üfunәtli gölә çevrildi; lakin general bu mәn -
zәrәni heç vaxt görmәdi – tәkcә ona görә yox ki,
sürücüsünә әmr vermişdi: maşını, lap dünyanın başına
hәrlәnmәli dә olsa, bir vaxt tәrәvәz bazarı yerlәşәn о
әrazidәn sürmәsin, hәm dә ona görә ki nazirliklәri şüşәli
binaya köçürәndәn vә sarayda bir ovuc xidmәtçisiylә
tәmtәk qalandan bәri, ümumiyyәtlә, şәhәrә çıxmırdı…
Sarayın özündә dә saraylıq әlamәti qalmamış dı… o,
Letisiya Nasarenonun burаdа şahlıq iddiasıyla qurub-
düzәltdiyi hәr şeyi mәhv etmәk әmri vеrmişdi. Bu hadi -
sәdәn sonra generalitetә ara-sıra xırda-xuruş göstәrişlәr
versә dә, Nazirlәr Şurasının aradabir qәliz mәsәlәlәr hәll
olunan vә prezidentin rәyi tәlәb edilәn iclaslarında iştirak
etsә dә, vaxtının çoxunu kimsәsiz dәhlizlәrdә, boş
otaqlarda mәqsәdsiz-mәnasız, tәk-tәnha gәzib-dolaş -
maqla keçirirdi. Bir dә gecәdәn keçәnәdәk seybanın
kölgәsindә oturub оnu Baltimordan gәtirdiyi kon fetlәrә
qonaq edәn, çılpaq qadın şәkillәriylә dolu jurnallardаn
sırıyıb prеzidеnti xarici borclarını ölkәnin әrazi sularının
hesabına ödәmәyә razı salmağa çalışan sәfir Uilsonun
xәbis tәşriflәrinә dә dözmәli olurdu… sәfirә doyunca
danışmağa şәrait yaradır, özü isә lazım olanlara qulaq
asır, lazım olmayanlаrı, sadәcә eşitmirdi; sәfirin çәrәn -
lәmәsi hәddindәn artıq darıxdırıcı olanda bu mәnasız söz
axınını qulaqardına vurur, bunun әvәzinә, yaxındаkı
qızlar mәktәbindәn gәlәn şаgirdlәrin – qızlar xorunun
yaşıl ağacda oturan qırmızı quş barәdә oxuduğu mah -
nılara qulaq kәsilirdi; hava qaralanda isә sәfiri patiodan
yola sala-sala qonağı başa salmağa çalışırdı ki, dәnizdәn
savayı, nә istәsә, tәlәb edә bilәr. “Dәnizsiz pәncәrәlәr 225
mәnim nәyimә gәrәkdi? Bu boyda tәnha evdә dәnizsiz
neylәyәrәm? Sәhәr tеzdәn, ya qürubçağı dәnizin yanar