Page 209 - Patriarxın payızı
P. 209
PATRİARXIN PAYIZI
onun hüdudsuz kәdәr sәltәnәtindә оlduğu kimi, öz
yoluyla davam edirdi, çünki hakimiyyәt açarları hәlә dә
Letisiya Nasarenonun әlindәydi vә qadın pul hesablarının
dövlәt tәrәfindәn ödәnilәcәyini bildirәrkәn onu da
demәyi unutmurdu ki, bu, şәхsәn prezidentin istәyidir.
“Hesabı hökumәt ödәyәcәk!” İlk günlәr bu ifadә, azca da
olsa, ümid işığı yaradırdısa, günlәr ötdükcә öz dәyәrini,
ciddiliyini itirirdi. “Hesabı hökumәt ödәyәcәk!..” Ha -
disәlәr bu minvalla davam etmәyindәydi ki, uzun-uzadı
illәrdәn sonrа, günlәrin bir günü cәsarәtli kreditorlar
әllәrindә çamadanları, özlәrini prezident sarayının qәbul
bölmәsinә yetirdilәr. “Ən qәribәsi o idi ki, bizә nә “hә”,
nә dә “yox” deyәn oldu. Növbәtçi bizi çox qanacaqlı vә
cavan bir zabitin oturduğu yığcam qәbul otağına ötürdü,
zabit gülәr üzlә bizә qәhvә tәklif etdi: “Prezidentin öz
mәhsulundandı, cәnablar!” Sonra bizә dәmir çәrçivәli
pәncәrәlәri, ventilyatorlu tavanları оlаn gur işıqlı ağ
kabinetlәri göstәrdi; bu kabinetlәr elә tәmiz, elә işıqlı idi
vә hәr bir şey o qәdәr saf vә mәrhәmәtli idi ki, biz
özümüzü itirib bir-birimizdәn: “Bәs deyilәn o çürük
hakimiyyәt havası hanı? Öz işlәri ilә tәlәsmәdәn, sakitcә
mәşğul olan bu ipәk köynәkli mәmurlar, bu mülayim
adamlar necә qәddar vә simic ola bilәrlәr axı?” – dеyә
soruşurduq. Cavan zabit bizi hey saray otaqlarıyla
gәzdirdi, Letisiya Nasarenonun sübh şehi vә sәhәrin sаf
havasını kor vә iflic xәstәlәrin üfunәtindәn tәmizlәyәcәk
qızılgül kollarını budаdığı içәri hәyәtә apardı vә bir
vaxtlar kәnizlәrin yaşadığı hinәbәnzәr barakları gös -
tәrdi… pas atmış tikiş maşınlarını, hәrәmxana sakin -
lәrinin iki-iki, bәzәn üç-üç yatdığı kazarma çarpayılarını
göstәrib izah elәdi ki, bu qәfәsәbәnzәr biabırçı barakı
söküb yerindә kiçik kilsә tikәcәklәr. Sоnrа bizә prezident
sarayının әn müqәddәs yerini – günorta günәşinin
işığından qızılı rәngә çalan tәbii güllәrdәn hörülmüş 209
talvarın altındakı yaşıl taxtalardan yığılmış stolu –
prezidentin bu stolun arxasında Letisiya Nasareno vә