Page 206 - Patriarxın payızı
P. 206

rüklәrini sırıyırlar. “Bu eybәcәr manqoları ancaq donuz -
               lara yedirmәk olar! Fırıldaqçılar! Auyamalarını mәnә elә
                                                           1
               soxuşdururlar, elә bil kar-zadam, bunun düşük mu siqiçi
               kimi öz-özünә dırınqıldаmаğını guyа eşit mirәm!” Bir
               qәdәr sonra onun çığırtısı bazarın o biri başından gәlirdi:
               “Guya indi bu, mal әtidi? Qancıqlar! Bu, içi qurd basmış
           QABRİEL QARSİA MARKES  qabırğaları yox, vәbadan gәbәrmiş eşşәk sümük lәridi, it
               tәzәkdi, tәzәk!” “Baxan kimi görünür ki, bu, qa ban


               qızları!” O, belәcә qoltuğu zәnbilli aşpazları vә әlivedrәli
               әsgәrlәrlә dörd bir yanı çapıb-taladıqca dil boğaza qoy-
               mur, sәsi batanacan bаğırıb-ulayırdı. Letisiyanın bu boy-
               nunda gәzdirdiyi – Şahzadә Edvard adasının qar basmış
               tülkü yuvası iyini hәlә dә özündә saxlayan tülkü
               dәrilәrinә hürәn itlәrin hürüşündәn daha vаhimәli,
               söyüşlәri danışan tutuquşula rın sahiblәrinin böyük
               mәmnuniyyәtlә Letisiyanın üzünә demәk istәsәlәr dә,
               deyә bilmәdiklәri söyüşlәri mәnimsәyәn qırmızı
               quakamayaların söyüşlәrindәn daha mürәkkәb vә kobud
               idi. Onlar lәzzәtlә Letisiyanın üzünә: “Oğru Letisiya,
               fahişә-rahibә!” – dеyә çığırırdılar. Hәmin bu sözlәri
               bazarın qüllәsi altındakı dәmir sütunların tozlu şüşә
               yarpaqları üstündә oturan tutuquşular dа deyirdi; burаda
               onlar bazarın içinә düşәn bаsqınsayağı çaxnaşmadan, hәr
               çәrşәnbәnin sübhçağı tәkrar olunan bu kanyer samba-
                          2
               palosundan çox-çox yuxarıda – әlçatmaz bir yerdә otu-
               rurdular. Bütün bu mәnzәrә – sәsi gün-gündәn
               müla  yimlәşib mehribanlaşan, hәrәkәtlәri fоrmаlаşdıqcа
               oyuncaq qılıncını zorla da olsa arxasınca sürüyә-sürüyә
               özünü kişiyә oxşatmağa çalışan әl boyda oyuncaq gene -
               ralın uşaqlıq dövrünün әn yaddaqalan әlamәti idi… Uşaq
               bu soyğunçuluğun baş verdiyi bazar qalmaqalına tam
               sakit vә laqeyd idi, alicәnab nәsildәn hesab olunsun deyә
               özünü, anasının öyrәtdiyi kimi, qürurlu vә lәyaqәtli
         206
               1  Auyama – tropik bitki
               2  Sambapalo – qәdim mәzәli rәqs
   201   202   203   204   205   206   207   208   209   210   211